Finlandiya silah-sursat almaq üçün 1 milyard avro borc götürəcək
Tarix: 18-11-2025 20:50 | Bölmə: Dünya
Finlandiya silah-sursat almaq üçün 1 milyard avro borc götürəcək

Finlandiya müdafiə ehtiyacları üçün 1 milyard avro borc almaq məqsədilə Avropa İttifaqının (Aİ) xüsusi proqramı olan SAFE-dən istifadə etmək qərarına gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə “Yle” nəşri Finlandiyanın baş naziri Petteri Orpoya istinadla məlumat yayıb.

Çərşənbə axşamı hökumətin İqtisadi Siyasət Komitəsi Aİ-nin SAFE proqramı vasitəsilə ölkənin müdafiə ehtiyacları üçün 1 milyard avro borc götürmək barədə qərar qəbul edib.

Baş nazir bildirib ki, ayrılacaq vəsait müdafiə alışlarında və tərəfdaşlarla, xüsusən də Ukrayna ilə əməkdaşlıq çərçivəsində pilotsuz texnologiyalar sahəsində imkanların inkişafında istifadə olunacaq.

“Bu qərar Finlandiya müdafiə sənayesinin, eləcə də Avropa müdafiə əməkdaşlığının və birgə satınalmaların inkişafı üçün şəraiti yaxşılaşdıracaq”,- Orpo vurğulayıb.

Finlandiya həmçinin Rusiya ilə şərq sərhədi boyunca və Finlandiya körfəzində monitorinqi təkmilləşdirmək üçün Aİ alətləri vasitəsilə əlavə 16 milyon avro maliyyə dəstəyi üçün müraciət edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər