Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
Tarix: 04-02-2026 22:15 | Bölmə: Siyasət

Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı Omanda keçirilməsi planlaşdırılan danışıqlar ləğv edilib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Axios” yayıb.

Məlumata görə, ABŞ İrana bildirib ki, Tehranın cümə günü Omanda keçirilməsini planlaşdırdığı danışıqların yerini və formatını dəyişdirmək tələblərinə razı olmayacaq.

Əgər Tehran əvvəlki formata qayıtsa, danışıqlarla bağlı problem yaranmayacaq.

Qeyd edək ki, ABŞ-İran danışıqlarının İstanbulda keçirilməsi planlaşdırılsa da, rəsmi Tehran görüşün Omanda keçirilməsini və formatının dəyişdirilməsini tələb etmişdi.

E. KAMAL





Bölməyə aid digər xəbərlər