ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır" 
Tarix: 10-02-2026 16:43 | Bölmə: Siyasət

ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır" 

"ABŞ Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üzərində işləməyə davam edəcək".

Bu barədə ABŞ vitse-prezidenti C. D. Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə açıqlama verib.

"Biz buradan yolumuzu Azərbaycana davam etdirməkdən məmnunuq. Sülhün əldə edilməsi yalnız ilk addımdır və biz bu gün bu sülhün təmin edilməsi ilə məşğuluq", - Vens deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması da regionda sülhün möhkəmlənməsinə töhfə verir: "Hesab edirəm ki, biz əla sülh sənədi imzalamışıq və ABŞ Prezidenti Donald Trampın administrasiyası onun möhkəm olması üçün çalışır"(Report)





Bölməyə aid digər xəbərlər