Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 09-02-2026 13:27 | Bölmə: Siyasət

Rusiya Ukraynada Rusiyanın təhlükəsizlik maraqlarını təhdid edən heç bir silahın yerləşdirilməsinə icazə verməyəcək.
Reyting.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov beynəlxalq TV BRICS şəbəkəsinə müsahibəsində bildirib.
Lavrov deyib ki, Kiyevin özü və ya Avropa Birliyindəki “mağarada yaşayan rusofoblar”ın nə deməsindən asılı olmayaraq, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyi Kreml üçün vacibdir.
Rusiyalı nazir Kremlin ABŞ-nın Ukrayna ilə bağlı təklifini qəbul etdiyini desə də, bu təklifin nə olduğunu dəqiqləşdirməyib.
Lavrovun sözlərinə görə, prezident Vladimir Putinin 15 avqust 2025-ci ildə Alyaskada Trampla görüşündən sonra Rusiya və ABŞ geniş əməkdaşlığa doğru getməli olsalar da, praktikada bunun əksi baş verib.
“ABŞ artıq Ankoricdə Ukrayna ilə bağlı verdiyi təklifləri həyata keçirməyə hazır deyil”, - deyə Lavrov qeyd edib. Lakin o, hadisələrin bu cür inkişafının səbəblərini açıqlamayıb.
Keçən ilin sonlarında Lavrovun Rusiya üçün təhlükəsizlik zəmanətlərinin əsası olaraq ABŞ-a və NATO-ya 2021-ci ilin dekabr ayındakı Rusiya ultimatumlarını təklif etdiyini xatırladıb. Bu ultimatumlara NATO-nun mövcud strukturunu sarsıda biləcək şərtlər, məsələn, 1997-ci ildən sonra ittifaqa qoşulan ölkələrdə qüvvələrin və silahların yerləşdirilməsini məhdudlaşdırmaq daxildir.
E. KAMAL
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək