Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
Tarix: 09-02-2026 12:00 | Bölmə: Siyasət

Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir

ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vens bu axşam Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Reyting.az-ın məlumatına görə, bunu Ermənistan hökumətindən bildiriblər.

Ermənistan KİV-ləri yazır ki, daha sonra C. D. Vens və N. Paşinyan mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

Vens bu gün Ermənistana gedəcək, onu həyat yoldaşı Uşi Vens müşayiət edəcək.

Daha əvvəl onun fevralın 9-10-da Ermənistana, bu ayın 10-11-i tarixlərində isə Azərbaycana səfər edəcəyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, C. D. Vensi Azərbaycana səfəri zamanı ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini C. Helberq müşayiət edəcək.





Bölməyə aid digər xəbərlər