Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
Tarix: 11-02-2026 17:55 | Bölmə: Siyasət

Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər

Danışıqlar prosesini sürətləndirmək üçün Ukrayna nümayəndə heyətinin Rusiya lideri Vladimir Putinlə şəxsi danışıqlar aparmaq üçün Moskvaya göndərilməsi ehtimalı nəzərdən keçirilir.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Kirill Budanovla əlaqəli Telegram kanalı “Ukraine Context” məlumat yayıb.

Bunun səbəbi, hazırkı Rusiya danışıqlar qrupunun Kremldə heç bir təsirinin və müharibənin tənzimlənməsi ilə bağlı vacib qərarlar qəbul etmək səlahiyyətinin olmamasıdır. Bu səbəbdən danışıqlar faktiki olaraq “dayanmış vəziyyətdədir”.

Məlumata görə, Əbu-Dabidə keçirilən son danışıqlarda nümayəndə heyətlərinin görüş yerinin dəyişdirilməsi təklifi irəli sürülüb. Hesab olunur ki, bu, danışıqlarda irəliləyiş əldə olunmasına kömək edə bilər.

Bundan əlavə, Telegram kanalı əlavə edib ki, ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner “təhlükəsizlik zaminləri” ola bilərlər. Onların təyyarəsi ilə Ukrayna danışıqçılarının Moskvaya gətirilməsi və hər iki nümayəndə heyətinin Putinlə birbaşa danışıqlar aparması barədə təkliflər səslənirdi.

“Lakin buna baxmayaraq, Rusiya Federasiyasının 2023-cü ildə saxta ittihamlarla qiyabi olaraq “həbs etdiyi” Kirill Alekseyeviç Budanovun iştirakı sual altındadır”, - Telegram kanalı vurğulayıb.

Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirmişdi ki,Ukrayna nümayəndə heyətiMoskvaya gəlmək qərarı verərsə,onların təhlükəsizliyinə taminat veriləcək: Moskva dəfələrlə Ukrayna tərəfini, xüsusən də Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlara dəvət edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər