“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
Tarix: 10-02-2026 09:06 | Bölmə: Siyasət

“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir

Türkiyə və daha 7 ölkə İsrailin İordan çayının qərb sahilindəki hərəkətlərini pisləyib.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər.

Onlar bəyanatda İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki son qanunsuz hərəkətlərini şiddətlə qınayıb və atəşkəs reçiminə riayət etməyin vacibliyini vurğulayıblar.

E. KAMAL





Bölməyə aid digər xəbərlər