Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
Tarix: 09-02-2026 19:20 | Bölmə: Siyasət

Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2)

Baş nazir Nikol Paşinyan Ermənistada səfərdə olan ABŞ vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.

Reyting.az Ermənistan mediasına istinadla bildirir ki, görüş İrəvanın Baqramyan prospektində yerləşən prezident rezidensiyasında keçirilir.

Onu da qeyd edək ki, ABŞ nümayəndə heyətinə iqtisadi məsələlər üzrə dövlət katibinin müavini Ceykob Helberq də daxildir.

***

Ermənistanın baş naziri N. Paşinyan və ABŞ-nın vitse-prezidenti J.D. Vensqapalı görüşdən sonra bəyanat yayıblar.

Xatırladaq ki, Vens rəsmi səfərlə Yerevana gəlib.

***

Ermənistanın baş naziri və ABŞ-nın vitse-prezidenti Ermənistan və ABŞ hökumətləri arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqları yekunlaşdıran birgə bəyanat imzalayıblar.

İmza mərasimi geniş tərkibli görüşdən sonra baş tutub.

ELÇİN





Bölməyə aid digər xəbərlər