Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 11-02-2026 15:56 | Bölmə: Siyasət

“Prezident Ərdoğan, iki il əvvələ qədər 23 il kəşfiyyat agentliyinə rəhbərlik etmiş və hazırda xarici işlər naziri vəzifəsində çalışan xarici işlər naziri Hakan Fidan Ankaranın xarici siyasət istiqamətində həlledici mövqelər tuturlar”.
Reyting.az xəbər verir ki, bu barədə Netanyahunun Trampla görüşündən əvvəl İsraildə analitik Smadar Perrinin “Ynet”də dərc etdiyi təhlildə qeyd edilib.
Təhlildə Fidanın prezidentin ən etibarlı kadrlarından biri olduğu və Qərb dairələrində uzun müddətdir Ərdoğanın “beyni” kimi təsvir edildiyi bildirilir.
“Ynet” hesabatında həmçinin ABŞ prezidenti Trampın “xoşladığım sərt lider” kimi təriflədiyi prezident Ərdoğanın Yaxın Şərqdə daha geniş rol oynamağı hədəflədiyi qeyd olunur.
Məqalədə həmçinin regionun əsas ölkələrinə son səfərlərin və Ankaradakı diplomatik əlaqələrin Türkiyənin regional miqyasda yeni bir tarazlıq axtardığını göstərdiyinə diqqət çəkilir. İddiaya görə, Ərdoğan Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniya ilə əlaqələrini davam etdirir və Ankara yüksək vəzifəli Amerika nümayəndəsi ilə İran rəsmisini bir araya gətirə biləcək diplomatik platformaya ev sahibliyi etmək imkanını nəzərdən keçirir.

Smadar Perrinin sözlərinə görə, Ankaranın əsas narahatlıqlarından biri ABŞ-nın İrana qarşı mümkün hərbi müdaxiləsi halında Türkiyəyə yeni bir miqrasiya dalğasının gələcəyi ehtimalıdır.
Digər tərəfdən, Ankaranın İran məsələsi ilə bağlı ərəb ölkələri ilə əlaqələrini gücləndirdiyi iddia edilir. Təhlildə Türkiyənin Səudiyyə Ərəbistanı ilə müdafiə sənayesi məhsullarının satışı ilə bağlı danışıqlar apardığı, Misirə investisiya planlarının gündəmdə olduğu və İordaniyaya iqtisadi dəstək variantlarının nəzərdən keçirildiyi bildirilirdi.
Təhlilin ən diqqətçəkən hissələrindən biri İsrail baş naziri Netanyahunun Vaşinqtonda Trampa “Türkiyə təhdidi” adlı sənəd təqdim etməyə hazırlaşmağı ilə bağlı iddiadır. Nəhayət, Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Qətərin İranla diplomatik münasibətlər saxladığı, eyni zamanda Vaşinqtonla güclü əlaqələri olduğu, lakin İsraillə münasibətlərində ciddi fikir ayrılıqları qeyd edilib.
ELÇİN
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək