Putinlə Ərdoğan görüşəcək – Razılıq əldə edildi
Tarix: 29-06-2016 15:19 | Bölmə: Siyasət


Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan təkbətək görüş keçirmək barədə razılığa gəliblər.

Bu barədə Ərdoğan Administrasiyası hər iki liderin telefon danışığının yekunlarına dair yaydığı məlumatda bildirib.
Lakin təkbətək görüşün harada və nə vaxt keçiriləcəyi açıqlanmır.
Putinlə telefon danışığı zamanı Türkiyə prezidenti Rusiya ilə əlaqələrin normallaşdırılmasının vacibliyini vurğulayıb.
Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib, yaralılara şəfa diləyib.
Qeyd olunub ki, Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayacaq.

 





Bölməyə aid digər xəbərlər