Əfv edilən MTN generallarını evlərinə buraxmayıblar
Tarix: 07-04-2020 12:51 | Bölmə: Siyasət
Əfv edilən MTN generallarını evlərinə buraxmayıblar

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Reyting.az
-ın məlumatına görə, sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.

Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.(APA)

Ölkə KİV-ləri əfv olunan MTN generallarının koronavirus riskinə görə karatinə alındıqlarını bildirirlər. Onlar 9 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin avtomobili ilə çıxarılaraq karantinə aparılıb.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}