Tramp Azərbaycan və Ermənistanı atəşkəs münasibətilə təbrik edib -"Tvitter" mesajı
Tarix: 26-10-2020 13:06 | Bölmə: Slayd
Tramp Azərbaycan və Ermənistanı atəşkəs münasibətilə təbrik edib -"Tvitter" mesajı

Donald Tramp Ermənistan və Azərbaycan liderlərini yeni atəşkəs barədə razılaşma ilə bağlı təbrik edib.

Reyting.az
xəbər verir ki, Bazar günü ABŞ Dövlət Departamenti 26 oktyabr, Bazar ertəsi (yerli vaxtla) səhər saat 8-dən başlayaraq Dağlıq Qarabağda yeni humanitar atəşkəs elan edilməsi barədə birgə bəyanat yayıb.

“Gecə yarısında qüvvəyə minəcək yeni atəşkəsə əməl etməyi qəbul edən Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevi təbrik edirəm, – deyə ABŞ prezidenti Donald Tramp “Twitter” mesajında yazıb. – Bir çox insanın həyatı qorunur”.

Tramp anlaşmaya vasitəçilik etməkdə ABŞ dövlət katibi Mayk Pompeo, ABŞ dövlət katibinin müavini Steven Biqan və ölkəsinin Milli Təhlükəsizlik Şurasının rolunu da vurğulayıb. “Bu müqaviləni yekunlaşdıran komandamla fəxr edirəm!”

ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert O’Brayen daha əvvəl Ağ Evin Ermənistanı və Azərbaycan Respublikasını Dağlıq Qarabağda yeni atəşkəs barədə razılığa gətirdiyini bildirib. “Bazar günü Ermənistan və Azərbaycan Respublikasının xarici işlər nazirləri ilə Ağ Evdə görüşdüm və Şənbə günü Ermənistanın baş naziri və Azərbaycan Respublikasının Prezidenti ilə telefon danışığım oldu. Hamısını atəşkəsə əməl etməyi qəbul etdikləri üçün təbrik edirəm. Hər iki ölkədən çox sayda insan xilas olacaq”.

Bazar günü Rusiya, Fransa və ABŞ-dan ibarət Minsk qrupu Vaşinqtonda keçirilən görüşdən sonra ayrıca açıqlamalar verərək, Ermənistanı və Azərbaycan Respublikasını Moskvada Dağlıq Qarabağla bağlı 10 oktyabr razılaşmasının həyata keçirilməsi üçün təcili addımlar atmağa çağırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}