Dövlət katibi: “Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanıması heç kimə faydalı olmayacaq”
Tarix: 25-11-2020 22:59 | Bölmə: Siyasət
Dövlət katibi: “Fransanın Dağlıq Qarabağın müstəqilliyini tanıması heç kimə faydalı olmayacaq”

“Parisin “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanınması heç kimə fayda verməyəcək”. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan bildirib.

Dövlət katibi deyib ki, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması nə Ermənistan, nə Qarabağda yaşayanlar, nə Fransa, nə ATƏT-in Minsk qrupunun digər həmsədrləri, nə də Avropa üçün faydalı olmayacaq.

Lömuan əlavə edib ki, belə bir addımın atılması Fransa hökumətinin, Yerevanın və Parisin digər tərəfdaşlarının siyasətini əks etdirməyəcək.

Qeyd edək ki, Fransa Senatı mütləq səs çoxluğu ilə məsləhət xarakterli qərar qəbul edib. Həmin qərarda ölkə hökumətinə çağırış edilir ki, cinayətkar ermənilərin Dağlıq Qarabağda silah gücünə elan etdikləri separatçı rejimi müstəqil respublika kimi tanısın.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}