Siyavuş Novruzov: "Milli Məclisdə bələdiyyə sədrlərinin iştirakı ilə dinləmə keçiriləcək"
Tarix: 19-01-2021 16:58 | Bölmə: Siyasət
Siyavuş Novruzov: "Milli Məclisdə bələdiyyə sədrlərinin iştirakı ilə dinləmə keçiriləcək"

Bu gün Milli Məclisin Regional məsələlər komitəsi yaz sessiyası çərçivəsində  ilk iclasını keçirib.

Reyting.az 
xəbər verir ki, iclasdakı bütün çıxışlarda 2020-ci ilin payız sessiyasının tariximizə qızıl hərflərlə yazılan dövrə təsadüf etdiyi vurğulanıb.

Onlayn iclasda 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı haqqında danışan komitə sədri Siyavuş Novruzov bildirib ki, bu sənəd həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir.

Siyavuş Novruzov qeyd edib ki, yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə Assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğundur.

Müzakirələrin yekununda hesabat məqbul sayılıb. İş planı təkliflər nəzərə alınmaqla qəbul olunub. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}