Ramiz Mehdiyev, Siyavuş Novruzov və digərləri YAP İdarə Heyətindən kənarlaşdırılıblar - Siyahı
Tarix: 05-03-2021 14:20 | Bölmə: Siyasət
Ramiz Mehdiyev, Siyavuş Novruzov və digərləri YAP İdarə Heyətindən kənarlaşdırılıblar

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

Bu barədə YAP İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, Ramiz Mehdiyev, Siyavuş Novruzov və partiyanın tanınmış bəzi funksionerləri yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Yeni İdarə Heyətində yer almayanlar aşağıdakı şəxslərdir:

1. Hacıbala Abutalıbov - təqaüdçü

2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini

3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru

4. Akif Əlizadə - İnstitut direktoru

5. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)

6. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri

8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

10. Abel Məhərrəmov – akademik

11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri.

Qeyd edək ki, əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Qeyd edək ki, Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}