Əli Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasına qatılıb - Foto
Tarix: 20-05-2022 15:49 | Bölmə: Siyasət
Əli Əsədov MDB-nin Hökumət Başçıları Şurasının iclasına qatılıb

Bu gün Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

Reyting.az 
xəbər verir ki, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib.

O, çıxışında diqqəti regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib.

Əli Əsədov münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib: "Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.

Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib: “Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}