22:33 / 03-05-2025
Netanyahu Azərbaycana səfərini təxirə salıb
19:59 / 03-05-2025
İlham Əliyev Rusiyanın Patriarxı Kirill ilə görüşüb - (Yenilənib) - Fotolar
16:54 / 03-05-2025
Yerin fırlanmasını ləngidiblər - Foto
16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
16:30 / 03-05-2025
Putin Əliyevə məktub göndərib
15:16 / 03-05-2025
Leyla və Arzu Əliyevalar Naxçıvana səfər ediblər - Fotolar
15:10 / 03-05-2025
Yeni filmdən rekord gəlir əldə edə bilərlər
15:02 / 03-05-2025
Rusiyanın milyardlarını bölüşdürürlər
13:40 / 03-05-2025
Azərbaycan Ordusunun hərbçisi vəfat edib
11:54 / 03-05-2025
İlham Əliyev Polşa prezidentini təbrik edib
10:09 / 03-05-2025
Bakı-Varşava aviareysi təcili eniş etməyə məcbur olub
10:07 / 03-05-2025
Məzahir Pənahovun oğlu hamilə qadına işgəncə verib - (Yenilənib) - Fotolar
09:58 / 03-05-2025
Bakının bəzi küçə və prospektlərində hərəkət tam məhdudlaşdırılacaq
23:49 / 02-05-2025
Ermənistanın xarici borcu 2,6 dəfə artıb
23:14 / 02-05-2025
“Traktor” tarixində ilk dəfə İran çempionu olub
21:48 / 02-05-2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb
20:27 / 02-05-2025
Tramp BMT sülhməramlılarını maliyyələşdirməyi dayandırmağı təklif edir
20:09 / 02-05-2025
İşxanyan və qardaşının Qaradağlıdakı qətliamda iştirakları sübut olunub
18:02 / 02-05-2025
Xocalıda qumbara partlayıb, xəsarət alan var
18:00 / 02-05-2025
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
17:55 / 02-05-2025
Avropa Kuboku: komandamız qızıl medal qazanıb
17:44 / 02-05-2025
İki ali məktəbə magistr üzrə qəbul aparmaq hüququ verilib
17:38 / 02-05-2025
YAP İdarə Heyətinin növbəti iclası keçirilib
17:22 / 02-05-2025
Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
17:18 / 02-05-2025
Xaricdə təhsil almış daha 82 nəfərin diplomu tanınmayıb
17:10 / 02-05-2025
Tələbə qəbulu qaydaları dəyişib - Cədvəl
17:01 / 02-05-2025
Prezident ziyarətgahın təmir və bərpasına vəsait ayırıb - Foto
16:58 / 02-05-2025
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
16:24 / 02-05-2025
Media resurslarına 20 fevral hücumlarını Rusiya ilə əlaqəli qruplar həyata keçirib
16:12 / 02-05-2025
Bakıda media ilə bağlı forum keçirilib - (Yenilənib) - Fotolar
14:33 / 29-04-2025

19:56 / 29-04-2025

11:12 / 01-05-2025

13:57 / 30-04-2025

16:21 / 01-05-2025

17:12 / 30-04-2025

00:06 / 30-04-2025

10:01 / 29-04-2025

15:17 / 01-05-2025

14:00 / 30-04-2025

Qarət olunmuş Afrika… - Çevrilişlər qəbiristanlığında hansı tayfalar hakimiyyətə gətirilir?
Tarix: 09-09-2023 19:07 | Bölmə: Slayd

Afrika qitəsindəki son çevrilişlərdə etnik mənsubiyyətə əsaslanan idarəetmə yanaşmasına üstünlük verildiyi diqqət çəkir.
Reyting.az-ın xəbərinə görə, Afrika kimi həm zəngin, həm də yoxsul qitədə tayfaların hakimiyyətə gətirilməsi prosesini Aralıq dənizi Hövzəsi və Afrika Sivilizasiyalarının Tətbiqi və Araşdırması Mərkəzinin direktoru, professor Yunus Turhan şərh edib.
Professor əvvəlcə diqqəti tarixə yönəldib:
“1960-cı ildə toqolu 28 yaşlı gənc çavuş Etienne Eyadema Kamboca, Benin, Niger və Əlcəzairdə Fransa ordusunda xidmət etdikdən sonra - 1962-ci ildə Toqoya qayıdıb və daha yüksək rütbə alıb. İddialı gənc Etienne Eyadema üçün gələcək böyük arzularla dolu idi. Ancaq Toqonun ilk prezidenti Silvanus Olimpionun müstəqillik əldə etdikdən sonra mülki idarəçiliyi gücləndirmək üçün ordunu azaltmaq qərarı Eyadema kimi gənc əsgərlərin qovulmasına səbəb oldu. Afrika tarixinə damğasını vuracaq hadisə də məhz belə bir mühitdə baş verdi.
Eyademanın hakimiyyəti ələ keçirmək istəyi 35 yaşlı Emmanuel Bodjolle ilə qanlı plana çevrildi və nəticədə prezident Silvanus Olimpionuya paytaxt Lomedə - ABŞ səfirliyi qarşısında sui-qəsd edilməsi ilə nəticələndi. Beləliklə, hakimiyyəti ələ keçirən Eyadema Səhra altı Afrikanın “ilk” çevrilişinin səhifəsini qanlı şəkildə açdı”.
Afrikada çevrilişə 214 cəhd olub
Yunus Turhanın sözlərinə görə, Afrikadakı çevrilişlər silsiləsinin ilk halqasını təşkil edən bu aksiya baş verəndə Nigerdəki son çevrilişin memarı Abdurrahman Txianinin cəmi 2 yaşı olub:
“O zaman, Keniya cəmi bir gün müstəqil ölkə olduğu halda, Afrikanın cənubundakı 22 ölkə hələ də müstəqillik bəyannaməsini dərc etməmiş və Berlin Konfransından (1885) 78 il keçmişdi. Qısası, Afrika qarət olunurdu”.
Professor qeyd edib ki, hərbi çevrilişlər Afrikanın müstəmləkəçilikdən sonrakı siyasi, iqtisadi və sosial quruluşunda iz qoyan ən mühüm hadisələrdən biridir:
“1950-2020-ci illər arasında dünya üzrə 486 çevriliş cəhdindən 214-ü Afrika qitəsində baş verib. Bunlardan 106-sı uğurlu, 108-i uğursuzluqla nəticələnib, 140-dan çox dövlət çevrilişi planının qarşısı alınıb. 26 iyul 2023-cü ildə Nigeriyada baş verən son çevriliş, Malidə 2020-ci ilin avqustunda və 2021-ci ilin mayında, Qvineyada 2021-ci ilin sentyabrında və Burkina Fasoda 2022-ci ilin yanvar və sentyabrında baş verən çevrilişlərə əlavə edildikdə, cəmi Afrikada 220 hərbçi həlak olub.
Etnik mənsubiyyətə önəm verən idarə, orta və uzunmüddətli perspektivdə sosial sülhü aradan qaldırmaqla hakimiyyətini müəyyən sosial qrupa söykənməyin ictimai-siyasi bədəlini ödəyir. Bu kontekstdə ildə orta hesabla 3 çevriliş cəhdinə şahidlik edən qara qitəni “Çevrilişlər qəbiristanlığı” adlandırmaq yerinə düşərdi.
Çevrilişlərin ən çox görüldüyü ikinci coğrafiya Cənubi Amerikadır. Burada da 70-i uğurlu, 76-sı uğursuz olmaqla ümumilikdə 146 dövlət çevrilişi cəhdi olub. Hər iki coğrafiya Qərb imperializminin bütün variantlarını hiss etmələri baxımından oxşardır. Məhz çevriliş faktı vasitəsilə biz Qərb imperializminin irsinin hər iki qitənin ümumi tarixi retrospektivinə nə qədər təsir etdiyini və ölkələrin militarist quruluşunun hələ də bu mirasın davamı kimi siyasəti necə dizayn etdiyini görə bilərik. Digər tərəfdən, müstəmləkə idarəçiliyi yanaşmasının təbii davamı kimi asılı əmək təşkilatlarının və dominant etnik qrupun gücü üzərində qurulan idarəetmə strukturunda Peru sosioloqu Anibal Quijano dediyi kimi, “güc müstəmləkəçiliyi” praktikasına çevrib.
Etnik qrupların hakimiyyət savaşı
Qərbi Afrikanın keçmiş Fransa müstəmləkə ölkələrindən biri olan 56 min kvadrat kilometrlik Toqoda başlayan çevrilişlər zəncirinin bugünkü çevrilişlərlə üst-üstə düşdüyü nöqtə “Güc Etnik Mənsubiyyəti”dir. Əslində, Toqodakı 40 etnik qrupun yüzdə 13,4-ünü təşkil edən və ikinci böyük qəbilə olan Kabre qəbiləsinə mənsub olan çevrilişçi Eyadema hökuməti, Toqo siyasətində etnik əsaslı idarəetmə yanaşmasının gücləndirilməsini təmin etdi. Bura ordunu öz etnik qrupundan olan insanlarla doldurmaq da daxildir. Etnik mənsubiyyətə önəm verən idarə, orta və uzunmüddətli perspektivdə sosial sülhü aradan qaldırmaqla hakimiyyətini müəyyən sosial qrupa söykənməyin ictimai-siyasi bədəlini ödəyir. Hakimiyyətdə qalmağın yeganə sığortası etnik cəhətdən hazırlanmış silahlı qüvvələrdir. Son Niger çevrilişini bu prizmadan oxumaq lazımdır. Niger çevrilişinin baş memarı, Prezident Mühafizəsi Alayının komandiri, 62 yaşlı general Əbdülrəhman Txiani ölkənin ən böyük etnik qrupu olan Hausadandır. Nigerdə əhalinin 54 faizi Hausa etnik qrupundan ibarətdir, ardınca təqribən 21 faizlə Sonqhai və 10 faizlə tuareglər gəlir. Çevrilişlə devrilən lider Məhəmməd Bazum ölkənin 0,3 faizini təşkil edən Diffa bölgəsində yaşayan köçəri Diffa Ərəb qəbiləsinə mənsubdur”.
Afrikanı çevrilişlərdən necə xilas etməli?
Professor əmindir ki, Afrikadakı çevrilişlərdən xilas olmaq üçün müxtəlif etnik qruplar arasında möhkəm harmoniyaya nail olmaq və üst quruluşda milli kimlik hissini formalaşdırmaq lazımdır:
“Burkina Faso üçün də oxşar mənzərə var. 2022-ci ilin sentyabrında dövlət çevrilişi ilə hakimiyyətə gələn İbrahim Traore ölkənin ikinci ən böyük qəbiləsi Dioulaya mənsubdur. Əsasən Mali, Burkina Faso və Fil Dişi Sahilində yaşayan Dioula etnik mənsubiyyəti İslamın Qərbi Afrikada yayılmasında mühüm rol oynayıb. Cəmi 9 ay əvvəl çevrilişlə hakimiyyətə gələn Paul-Henri Sandaogo Damiba ölkənin ən böyük etnik qrupu olan və əhalinin 50,2 faizini təşkil edən Mossia qəbiləsindəndir.
Malidə də vəziyyət fərqli deyil. 2020-ci ildə çevrilişlə devrilmiş prezident İbrahim Bubakar Keyta 9,6 faizlə ölkənin 4-cü ən böyük etnik qrupu olan Minianka qəbiləsinə mənsubdur. Niger-Konqo dilində danışan bu insanlar Senufo qəbiləsinin alt qrupu hesab edilir. Çevrilişi həyata keçirən general Assimi Qoita Malinin əsas etnik qruplarından biri olan və ümumi əhalinin yüzdə 50-dən çoxunu təşkil edən və Bambara, Malinke və Sarakole qruplarından ibarət Mande qəbiləsindəndir.
Nəticə etibarı ilə Afrikada hərbi çevrilişlərdən bəhs edərkən sırf xarici dinamikadan çox, müstəmləkəçilik dövründə tətbiq edilən daxili etnik formasiyanı və militarist struktur daxilində fraksiyalararası rəqabətin ölçüsünü nəzərə almaq lazımdır. Son nəticədə Afrikada çevrilişlərdən xilas olmaq üçün müxtəlif etnik qruplar arasında möhkəm harmoniyaya nail olmaq və üst quruluşda milli kimlik hissini qurmaq lazımdır”.
E. KAMAL
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 16:54
Yerin fırlanmasını ləngidiblər - Foto
Dünən, 16:30
Putin Əliyevə məktub göndərib
2-05-2025, 18:00
Professor: Ermənistan Zəngəzur dəhlizi problemini həll etməlidir
2-05-2025, 17:10
Tələbə qəbulu qaydaları dəyişib - Cədvəl
2-05-2025, 16:58
Zülfüqarov: Ermənistan etməsə, özümüz edəcəyik
2-05-2025, 13:42
Rusiyanın şərtləri rədd edilir
2-05-2025, 13:13
Kreml niyə Ukraynada seçki keçirilməsinə israr edir?
2-05-2025, 11:10
Vitse-prezident: Ukraynada müharibə tezliklə bitməyəcək
2-05-2025, 09:44
İnsanların yadplanetlilərlə qohumluq əlaqələri araşdırılıb
2-05-2025, 08:35
Bəşəriyyət üçün daha bir təhlükə yaranıb
2-05-2025, 03:00
ABŞ Rusiya-Ukrayna danışıqlarında vasitəçilikdən imtina edir
1-05-2025, 16:43
“Azəristiliktəchizat” ASC-yə yeni sədr təyin edilib
1-05-2025, 16:35
Prezident baş prokuror təyin edib - Sərəncam
1-05-2025, 12:23
Xocalıda itkin düşmüş yeddi mülki şəxsə aid meyit qalıqları tapılıb
1-05-2025, 11:32
Gürcüstanın yeganə müxalif telekanalı qapanıb
1-05-2025, 10:49
Tramp Ukraynadan 350 milyard dollar qazanmaq istəyir
1-05-2025, 03:15
ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar
30-04-2025, 13:57
Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur - Professor
30-04-2025, 12:37
ABŞ-İran danışıqları: gündəmə yeni şərtlər gətirmək istəyirlər
30-04-2025, 11:44
İlham Əliyev Qusarda bağçılıq və anbar kompleksinin fəaliyyəti ilə tanış olub - Fotolar
30-04-2025, 00:06
Yerin altında Everestdən 100 dəfə böyük dağlar var
30-04-2025, 00:02
Rubio Rusiya və Ukraynanı yenidən xəbərdar edir
29-04-2025, 19:56
İcra başçısı eyni ərazini iki şirkətə satıb - Məhkəmənin qərarına əhəmiyyət verilmir - Fotolar
29-04-2025, 14:00
Patruşev: NATO Kalininqradı ələ keçirməyə hazırlaşır
29-04-2025, 12:16
Rus ordusunun daha iki şəhərə hücumu başlayıb - Foto
29-04-2025, 11:27
Ukraynada döyüşlərin uzanması nüvə müharibəsinə səbəb ola bilər
29-04-2025, 10:01
Trampa qarşı impiçment elan edilib
28-04-2025, 20:39
İlham Əliyev və Məsud Pezeşkian bəyanatla çıxış ediblər - Yenilənib
28-04-2025, 13:23
ANAMA əməkdaşı Qazaxda minaya düşüb
28-04-2025, 13:04
Kreml Kiyevdən birbaşa danışıqlar üçün siqnal gözləyir
28-04-2025, 11:50
Qaribaşvilinin siyasətdən gedişi: “Gürcü arzusu”nda çatlar yaranıb?
28-04-2025, 11:05
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
28-04-2025, 09:12
İnterpol Makronun mühafizə rəisini axtarışa verib - Foto
28-04-2025, 08:28
Qlobal hərbi xərclər rekord həddə çatıb
27-04-2025, 14:11
Azərbaycan-İran sərhəddində atışma: ölən və saxlanılanlar var
26-04-2025, 09:52
Marsa yağış və qar yağması elmi təsdiqini tapır
25-04-2025, 18:21
Putinlə Trampın xüsusi elçisi görüşüb - (Yenilənib)
25-04-2025, 16:29
Əvəz Zeynallı sərbəst buraxılıb
25-04-2025, 15:02
Tramp: Krım Rusiyanın tərkibində qalacaq
25-04-2025, 12:58
Sülh üçün 5 tələb irəli sürülüb
25-04-2025, 11:46
Tramp qlobal sabitliyə ağır zərər vurur - Sabiq nazir