18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
16:19 / 20-10-2025
Venesuela həmləsi - Nurlan Umudov yazır
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
15:52 / 20-10-2025
Nazir müavini vəzifədən azad olunub
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
15:46 / 20-10-2025
Sabiq baş nazir: "Ramiz Mehdiyevdən kömək ummamışam"
15:23 / 20-10-2025
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
14:51 / 20-10-2025
Rektordan Mehdiyevin gəlini ilə bağlı - Açıqlama
14:42 / 20-10-2025
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
14:41 / 20-10-2025
Nizami Rəmzinin qızı həbs edilib
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:02 / 20-10-2025
Ramiz Mehdiyevin gəlini işə çıxmır
12:53 / 20-10-2025
Tramp gücləndirilmiş təhlükəsizlik şəraitində Floridanı tərk edib
12:37 / 20-10-2025
Sabahın hava proqnozu açıqlanıb
12:14 / 20-10-2025
Xaçmazda 34 yaşlı şəxs güllələnib
12:11 / 20-10-2025
DİN əhaliyə çağırış edib
12:11 / 20-10-2025
Tramp Çinə qarşı əsas tələblərini açıqlayıb
11:59 / 20-10-2025
Prezident 10 məmuru təltif edib - Siyahı
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

12:02 / 16-10-2025

20:22 / 15-10-2025

16:07 / 20-10-2025

Rusiyada ölüm cəzası bərpa oluna bilər
Tarix: 03-04-2024 00:19 | Bölmə: Slayd

İndi Rusiya cəmiyyətində, eləcə də mediada gündəmin əsas, həm də ən ağrılı mövzulardan biri Putin Rusiyasının ölüm hökmü haqqında nə düşünməsidir.
Reyting.az xəbər verir ki, "Crocus City Hall"da törədilən terror aktından sonra "Edam!" bağıranlar və güllələnmə hökmününü bərpasını tələb edən Rusiya vətəndaşları yenidən öz dediklərinə bəraət qazandırmaq üçün meydana atılıblar. Onlar vətəndaş cəmiyyətinin diqqətini bu mövzuya yönəldir, hətta məmurları da inandırmağa çalışırlar ki, Rusiyada baş verənlər - müxtəlif motivli cinayətlərin, faciələrin, terror hücumlarının əsas səbəbi cəzaların "yumşaq qanun" altında tətbiqidir. Böyük bir toplumu öz ətrafında cəm edib, onların vasitəsilə həmfikirlərinin artmasına çalışan belə adamlar hakimiyyəti qətiyyət göstərib cəsarətli addım atmağa səsləyirlər. Onların fikrincə, ölkədə edam cəzasının tətbiqi qaçılmazdır və bu prosedur hüquqi müstəvidə tezliklə öz həllini tapmalı, köhnə qanunlar yenidən qüvvəyə minməlidir.
Sözsüz ki, rusiyalıların belə bir çətin, həm də təhlükəli mövzuya konkret cavabı, yaxud birmənalı münasibəti yoxdur. Rusiya hələ də bu təkliflər, istəklər barədə düşünür. Amma indiki reallıq budur ki, təklif öz aktuallığını itirməyib. İddialılar isə bunu mövcud durumla əlaqələndirirlər.
Rusiya seçimlə üzləşib, istəklər qarşısında çaşqın görünür və ölüm hökmü məsələsində tərəddüd edir. Ancaq son onilliklər ərzində Rusiya cəmiyyətində bir neçə dəfə müzakirəyə çıxarılan bu ağır mövzu - edam cəzasına qayıtmaq ideyası heç zaman indiki qədər populyar olmayıb. Bu mövzunu ətraflı araşdıranların, həm də sosioloji xidmətlərin məlumatları bir daha təsdiqləyir ki, Rusiya ictimaiyyəti ölüm cəzasını müzakirə etməyə hazır görünür.
Xatırladaq ki, ölüm hökmünün bərpası ilə bağlı tədqiqatların əksəriyyəti genişmiqyaslı müharibə başlamazdan əvvəl araşdırılıb.
Rusiya İctimai Rəy Fondunun hələ 2019-cu ildə keçirdiyi sorğuya əsasən, rusların 69 faizi qatı cinayətkarların ölüm cəzasına məhkum edilməsinin ölkələri üçün məqbul olduğuna inandıqlarını söyləyiblər. Üç il sonra - Dmitri Medvedevin 2022-ci ildə səs-küylü açıqlamasından qısa müddət ötəndə - İşə götürmə agentliyi "Superjob.ru" bu mövzu ilə bağlı sorğu keçirib. Bu dəfə isə sorğuda iştirak edən vətəndaşların əksəriyyəti, yəni həm də şəhərlilərin 43 faizi ölüm hökmünün bərpasının tərəfdarı olub, 37 faizi əleyhinə, 20 faizi isə bu suala konkret cavab verməkdə çətinlik çəkdiyini söyləyib.
Bu məsələ ilə bağlı aparılmış müzakirələrin gedişatını xüsusi diqqətlə izləyən, edamın nəticələri, ölüm hökmü barədə araşdırma və sorğu keçirən "Levada Center"-in əməkdaşlardan ibarət sorğu heyəti də öz növbəsində əldə etdikləri nəticələrə əsasən açıqlama verməklə iki tendensiyanı xüsusi qeyd ediblər - nisbətlə götürsək, böyük və kiçik.
Aparılan sorğulardan məlum olub ki, son 30 il ərzindəki müşahidələr bir daha öz təsdiqini tapıb və beləliklə, Rusiya vətəndaşlarının ölüm cəzasına konkret münasibətini sübut edib. Nəticə isə elə də pis deyil:
Rusiyada ölüm cəzasına müsbət baxanların sayı azalıb.
Eyni zamanda sosioloqlar başqa bir faktora da diqqət yetiriblər:
2015-ci ildən bəri Rusiyada qızğın mübahisələrin, ictimai müzakirələrin mövzusuna çevrilən və hələ də mübahisəli məsələ olaraq ictimaiyyətdə öz həllini tapmayan ən ağır cəza olan ölüm hökmü ilə bağlı moratoriumun tezliklə ləğvi ideyasının get-gedə populyarlaşması.
2021-ci ilə qədər müntəzəm olaraq ölüm cəzası mövzusunu ətraflı analiz edən, bu məsələni daim diqqətdə saxlayan "Levada" Mərkəzi həmin il sorğuda iştirak edənlərin 57 faizinin ölüm cəzasının tərəfdarı olduğunu, yəni tərəfdarların getdikcə daha da çoxaldığını qeyd edib.
İştirakçıların 41 faizi Rusiyada moratoriumun tətbiqindən əvvəl işləmiş sistemə qayıtmaq, 16 faizi isə hətta icra dairəsini genişləndirməyi təklif edib.
"Levada" Mərkəzinin direktoru, sosioloq Lev Qudkov maraqlı məqamlara toxunaraq hazırda mövcud olan vəziyyəti belə izah edir:
"Söz yox ki, insanlar öz problemlərini həll etmək imkanlarını görmürlər. Ağır cəzanın tətbiqini istəmək meyli zəiflik, acizlik hissi ilə əlaqələndirilir. İnsanlar haqq-ədalətdən məhrumdurlar, elə buna görə də hər şeyin həddindən artıq sərt tədbirlərin bahasına dəyişdiriləcəyinə inanırlar. “Hər kəsi güllələyin və bununla da bitdi”,- demək istəyirlər sanki. Üstəlik, ölüm cəzasının tərəfdarları hesab edirlər ki, bunun tətbiqi cinayətlərin azalmasına gətirib çıxarır".
Hələ o zaman, Rusiyanın Ukrayna ilə genişmiqyaslı müharibəsinin ilk günlərində, 2022-ci ilin mart ayında Rusiya təcavüzkar ölkə kimi 26 illik üzvlükdən sonra Avropa Şurasından çıxarıldı. Daha sonra baş verənlər barədə danışan Rusiya rəsmisi, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bunun həm də fürsət olduğunu vurğulayıb:
“Xüsusi ağır cinayətlərin qarşısını almaqdan ötrü bir sıra mühüm institutları yenidən bərpa etmək üçün yaxşıca fürsət yaranıb”.
D. Medvedev bununla demək istəyib ki, ölüm hökmünün qaytarılması, eləcə də kommunistlər, liberallar tərəfindən dəstəklənən bu ideyanı reallaşdırmaq üçün Rusiyanın yaxşı imkanları var.
Rusiya Federasiyasında ölüm hökmünün qaytarılması 1996-cı ildə ona moratorium qoyulandan bəri müzakirə olunur. Adətən insanlar səs-küylü cinayətlərdən və terror aktlarından, uşaq qətllərindən sonra onun ləğvindən danışmağa başlayırlar.
Növbəti dəfə yenə də Medvedev danışıb. "Crocus City Hall" konsert zalındakı terror aktından sonra Medvedevlə bərabər digər siyasətçilər yenidən bu mövzuya qayıdıb, ölüm cəzasının bərpasını tələb etməyə başlayıblar. Dövlət Dumasındakı “Vahid Rusiya” fraksiyasına rəhbərlik edən Vladimir Vasiliev bu moratoriumun ləğvi məsələsinin “dərin, peşəkar, mənalı” işlənib hazırlanacağını deyib, lakin senator Andrey Klişas belə bir sənədin hüquqi baxımdan mümkün olmadığını qeyd edib. Artıq Duma da bir sual qarşısındadır - Mümkündürmü?
Söz-söhbətlər bitmək bilmir. 2022-ci ildən bəri Rusiyada insanlar həmişə bu mövzunu qabardırlar.
Qeyd edək ki, Rusiyada ölüm hökmünün qaytarılması 1996-cı ildə ona moratorium qoyulandan bəri müzakirə olunur.
2013-cü ildə görüşlərinin birində birbaşa xətt zamanı prezident Vladimir Putin Belqorodda baş verənlərdən söz açanda edamlara qayıtmaq istədiyini açıqlamışdı:
“Bilirsiniz, bəzən belə şeylərə rast gələndə, ölüm hökmünün bərpası ilə bağlı hansısa sənədləri imzalamaq məqsədi ilə və ya bu barədə deputatlardan soruşmaq üçün əl özü qələmə tərəf uzanır”.
2016-cı ildə Parisdə terror aktlarından və Sinay üzərində rus turistlərini daşıyan təyyarənin partlamasından sonra Rusiyanın “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov və onun partiyadaşları Mixail Yemelyanov ilə Oleq Nilov birlikdə ləngimədən Dövlət Dumasına terrorçuluğa görə ölüm cəzasını tətbiq edən qanun layihəsi təqdim etsələr də, müzakirələr nəticəsində sənəd qəbul edilmədi. Ancaq öz mövqeyinin düz, ədalətli olduğunu israrla söyləyən rusiyalı siyasətçi Mironov 2021-ci ilin may ayında Kazan gimnaziyasında baş verən, doqquz nəfərin qurbanı olduğu atışmadan az sonra yenidən mövzunu gündəmə gətirdi. O, uşaqların qətlinə görə, ölüm hökmünün qaytarılmasını tələb edib, bunu həyata keçirməyin daha ədalətli olduğunu bildirib.
Rusiyalı müstəqil analitiklər kiçik xatırlatma verməklə Rusiya Federasiyasının 1996-cı il fevralın 28-də Avropa Şurasına üzv olduğu tarixi yada salır və bu mövzunu çözməyə çalışanlar xüsusi vurğulayırlar ki, bu ölkə qeyd-şərtsiz üç il müddətinə Rusiyada ölüm cəzasının tamamilə ləğvini nəzərdə tutan öhdəliyi üzərinə götürməklə İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının 6 saylı Protokoluna qoşulmağa razılıq verib.
Cəmi bir neçə aydan sonra - 1996-cı ilin may ayında Rusiya prezidenti Boris Yeltsin “Rusiyanın Avropa Şurasına daxil olması ilə əlaqədar ölüm cəzası tətbiqinin tədricən azaldılması haqqında” Fərman imzalayıb. O vaxtdan Yeltsin edam cəzasına sözsüz moratorium tətbiq edib və sadəcə, hökmlərin icra edilib-edilməməsi ilə bağlı bütün qərarları qəbul etməyi dayandırıb. Ancaq bundan sonra da Rusiyada daha bir şəxsi edam edilib. 1996-cı ildə - avqustun 2-də xüsusi qəddarlıqla çox sayda qətllərin müəllifi, serial cinayətlərin törədilməsinin əsas və tək iştirakçısı olan Sergey Qolovkin Butırka istintaq təcridxanasında güllələnib.
Eyni 6 saylı protokol Avropa Şurasına daxil olduqdan bir il sonra - 1997-ci ilin aprelin 16-da Rusiya adından Xarici İşlər Nazirliyi tərəfindən imzalanıb. Ancaq qəribə olsa da, Dövlət Dumasında bu sənəd indiyə qədər ratifikasiya edilməyib, yəni sənəd Rusiyanın qanunlarına görə əslində hüquqi qüvvəyə minməyib. Hətta Dövlət Dumasında bunun müvafiq komitənin baxılmasına və müvafiq olaraq, oxu mərhələsinə belə çatdırılmayıb. Rusiyalı səlahiyyətlilər bununla bağlı fərqli izahlar veriblər. Ancaq bu məsələ həmişə qeyri-müəyyəndir, çünki Rusiya hələ buna hazır deyil.
Rusiya bu protokolu ratifikasiya etməyən yeganə Avropa Şurası ölkəsidir. Bunun niyə baş verdiyi dəqiq heç kimə (tək ruslardan başqa) məlum deyil, yalnız versiyalar var. “Görünür, burada hansısa prinsipial siyasi mövqe olub, çünki bunun nə hüquqi, nə də başqa bir əsası var idi. Ümumiyyətlə, bu həm də açıq mövqe idi, yəni Rusiyanın belə bir addım atması və bununla da Moskvanın sözügedən qanunla bağlı dayandırılmış statusunu saxlamaq mesajı. Beləcə, ümumi siyasi məqsəd naminə lazım olduğu qədər ləngimək, hücum zamanı diplomatik təzyiq imkanlarına malik olmaq - "Əgər siz bizimlə yarı yolda görüşməsəniz, biz də bu sənədi - ölüm hökmünü ləğv etməyəcəyik" məntiqi. Bir sözlə, bu diplomatik manevrlərə imkan verən sırf manipulyasiya hekayəsidir", - deyə hüquq müdafiəçisi Pavel Çikov bildirib.
Onun sözlərinə görə, Rusiyada ölüm hökmünün ləğvinin dayandırılması hakimiyyətin ictimaiyyəti qorxutmaq üçün 1996-cı ildən bəri çəkdiyi müdafiə məqsədli bir dayaqdır.
“Bu, hakimiyyətin soyutma effektidir, əslində isə siyasi manipulyasiya, şantaj, təhdidlər üçün istifadə edilən çoxlu alətlərdən biridir. Məsələn, bizim bir ayağımız Avropada olsa da, belə bir təsəvvür yaranır ki, digər ayağımız da kranlardan insanları asmaqda və edam etməkdə davam edən İranda olacaq”, - deyə Çikov bildirib.
Rusiyada ölüm hökmünün bərpa edilib-edilməyəcəyi hələ ki, bu ölkədə Vladimir Putindən savayı heç kimə məlum deyil.
Konstitusiya Məhkəməsinin rəhbəri olan Valeri Zorkin hətta illər ərzində bu məsələ ilə bağlı fərqli fikirlər söyləyib. 2019-cu ildə Zorkin deyib: “Tutaq ki, biz Rusiyanın Konstitusiya Məhkəməsi olaraq bunu edib cəsarətlə ictimai rəyin, həm də parlamentin mövqeyinin əksinə getdik, sonra da Rusiya ölüm hökmünü ləğv etdi, bəs nəticə? Hətta bizim ölkənin Avropa Şurasından mümkün ola biləcək addımı, ora üzv olması və yaxud çıxması heç nəyi dəyişməyəcək. Ancaq biz bununla belə cəhd etdik, tezliklə Rusiyada ölüm hökmü ləğv ediləcək”.
Bu açıqlamasından iki il sonra isə V. Zorkin “Konstitusiya ədalət mühakiməsi: prosedur və məna” kitabında yazırdı ki, Konstitusiya Məhkəməsinin Rusiyada ölüm hökmünün tətbiqini qeyri-mümkün edən qərar qəbulu faktı istisna etmir ki, gələcəkdə bu cəza tədbirinin qaytarılması mümkündür.
Eyni zamanda rusiyalı hüquqşünas V. Çikov xüsusi olaraq vurğulayır ki, qanunun təsbit etdiyi kimi, bu gün Rusiya Federasiyasında Konstitusiya Məhkəməsinin qərarı qüvvədə olduğu müddətdə Rusiyada ölüm hökmü qadağandır. Hüquqşünas deyir ki, ölkədə sanki belə bir qərar qəbul edilməyib, yəni qərar həm var, həm də yoxdur. Çikov daha sonra əlavə edib: “Bu, əslində Avropa Şurasına üzvlüklə və yaxud üzv olmama ilə bağlı deyil. Bu, artıq milli qanunvericilikdir. Lakin yenə də ortaya bir sual çıxır: Rusiyada moratoriumun ləğvi mümkündürmü?"
Müasir Rusiyanın tarixində görünməmiş bir olay baş verib. Ölkənin tarixində hələ heç vaxt Konstitusiya Məhkəməsi öz qərarına yenidən baxmayıb. Məsələyə ətraflı şəkildə aydınlıq gətirən P. Çikov deyir: "İçlik heç vaxt əks istiqamətə çevrilməyib, yəni belə bir prosedur yoxdur".
Rusiya narahatdır, Rusiya istəyir və Rusiya həm də tərəddüd edir. Belə bir qərar var və ratifikasiya olunmamış, az qala lap çoxdan arxivə köçmüş, sanki unudulmuş sənəd də mövcuddur, lakin hələ konkret rəy, öhdəlik yoxdur. Bu vəziyyət isə məsuliyyətdən tam azad edir, yəni bu o demək deyil ki, ölüm hökmünü qaytarmaq çətindir - tam əksinə. Rusiya istədiyi zaman bunu edər - həm də heç kimə hesabat vermədən.
“Bu, heç vaxt baş vermədiyinə görə sərbəst formada edilə bilər. Prezident və ya Dövlət Duması, yaxud da Rusiya Federasiya Şurası Konstitusiya Məhkəməsinə sorğu göndərir, yəni filan səbəblər və s... Sonra əsaslandırır ki, cinayətlərin kəskin artması, pedofiliyanın yayılması, eləcə də ölkəyə qarşı çox güclü sanksiyalar təzyiqi ilə əlaqədar və əlbəttə ki, Rusiyadakı ənənəvi dəyərlərə vurulmuş zərbələr... Bütün bunlar da doğrudur, amma lütfən aydınlaşdırın ki, biz ölüm cəzasını tez bərpa edəcəyik, ya yox? Təsəvvür edin ki, Konstitusiya Məhkəməsinin sədri yoldaşları ilə bir yerə toplaşanda birdən o, öz həqiqət məntiqini ortaya qoyur. Sədr yoldaşları ilə söhbət əsnasında deyir ki, "Bəli, həqiqətən də, təcili olaraq kimisə edam etməliyik".
V. Çikov bunu adi zarafat kimi yox, reallıqla səsləşən məqam sayır. Deyir ki, bununla o, əslində mümkün proseduru təsvir edir. Bu isə o deməkdir ki, artıq Rusiya qərar qəbul edib və güman ki, çox yaxın vaxtlarda ölüm hökmünün icrasına başlanılacaq.
Oqtay QORÇU
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
Bu gün, 16:31
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
Bu gün, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Bu gün, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Bu gün, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
Bu gün, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
Dünən, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək