Marsda canlı orqanizmlərin yaşadığı güman edilən qaya tapılıb
Tarix: 29-07-2024 14:51 | Bölmə: Slayd
Marsda canlı orqanizmlərin yaşadığı güman edilən qaya tapılıb

NASA Marsda elmə məlum olmayan canlı orqanizmlərin yaşadığı güman edilən qaya tapıb.

Reyting.az
xəbər verir ki, bu barədə NASA-nın saytında məlumat yerləşdirilib.

Məlumata görə, "Perseverance" roveri Mars planeti səthində ehtimal ki, milyardlarla il əvvəl mikroorqanizmlərin məskəni ola biləcək qaya aşkar edib.

NASA-nın izahında qeyd edilir ki, buna aydınlıq gətirmək üçün daha bir əlavə və ətraflı tədqiqat tələb olunur. Lakin onlar ümid edirlər ki, irəli sürdükləri yeni elmi ehtimal özünü tamamilə doğruldacaq.

Tapıntıdan sonra tədqiqatçılar bu qayaya ad da tapıblar: "Çeyava şəlaləsi".

Qaya iyulun 21-də Neretva vadisində, vaxtilə Jezero kraterinə axan qədim bir çayın yatağında aşkar edilib.

"Qaya, milyardlarla il öncə həmin roverin kəşf etdiyi ərazidə axar su olduğu zaman fəaliyyətin nəticəsi ola biləcək çox sayda kimyəvi birləşmələr və strukturları aşkar edir", - deyə məlumatda bildirilir.

NASA mütəxəssisləri daha bir məqamı da əlavə edərək söyləyiblər ki, "Çeyava" adlı bu şəlalənin çoxsaylı skanları bu qayanın tərkibində üzvi birləşmələrin olduğunu göstərib. Bu cür karbon əsaslı molekullar "Həyatın tikinti materialları" hesab edilsə də, onlar bioloji olmayan proseslərlə də əmələ gələ bilərlər.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında NASA Mars avarçəkəninin Mars səthində, Jezero kraterinin dibində iki böyük gölün izlərini aşkar etmişdi.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
27-10-2024, 09:59 İki rayona qar yağıb