16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Sabah Bakıya leysan, rayonlara sulu qar yağacaq
Tarix: 04-05-2025 14:14 | Bölmə: Slayd
Sabah Bakıya leysan, rayonlara sulu qar yağacaq

Mayın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağış olacağı, şimşək çaxacağı ehtimalı olunur. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə arabir duman gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.




Bölməyə aid digər xəbərlər