Əliyev-Paşinyan görüşü başa çatıb - (Yenilənib) - Fotolar
Tarix: 10-07-2025 14:53 | Bölmə: Slayd
Əliyev-Paşinyan görüşü başa çatıb - (Yenilənib)

Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Reyting.az
bildirir ki, bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verib.

***

Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü keçirilir.

***

Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

Fasilədən sonra Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüş fasilədən sonra geniştərkibli formatda davam edir.

***

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş başa çatıb.

***

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.

Xəbərə əsasən, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.

Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib(Report).

***

BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyin görüşün yekunlarına dair məlumat yayıb.

Bildirilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Bildirilib ki, sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər.







Bölməyə aid digər xəbərlər