Ruslar bu gecə Ukraynaya 18 raket və 400 dronla hücum edib
Tarix: 10-07-2025 11:45 | Bölmə: Dünya
Ruslar bu gecə Ukraynaya 18 raket və 400 dronla hücum edib

“Bu gecə Rusiya demək olar ki, 10 saat davam edən böyük birləşmiş zərbəyə başladı. Düşmən ballistik raketlər də daxil olmaqla, 18 raketdən və təxminən 200-ü “Şahed” olmaqla 400-ə yaxın drondan istifadə edib”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Telegram”da bildirib.

Onun sözlərinə görə, hücumun əsas hədəfi Kiyev olub, Çerniqov, Sumı, Poltava, Kirovoqrad və Xarkov vilayətləri də vurulub.

Zelenski qeyd edib ki, bu, Rusiya tərəfindən açıq-aşkar terrorun eskalasiyasıdır, çünki hər gecə yüzlərlə “Şahed” dronları və digər silahlarla Ukrayna şəhərlərinə kütləvi hücumlar olur.

“Bu o deməkdir ki, sürətləndirmə tələb olunur. Biz sanksiyalarla daha sürətli olmalı və Rusiyaya təzyiq etməliyik ki, onlar öz terrorlarının nəticələrini hiss etsinlər. Tərəfdaşlar silah istehsalına və texnologiyanın inkişafına sərmayələrlə daha sürətli olmalıdırlar”, - o deyib.

Zelenski əlavə edib ki, bu gün o, “İstəklilər koalisiyası” çərçivəsində partnyorları ilə pilotsuz təyyarələrin istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyələşmə barədə danışacaq.

“Rusiyanın bu cür zərbələrinə sərt cavab verilməlidir. Biz də məhz belə cavab verəcəyik”, - prezident vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb