Texasdakı daşqınlarda ölənlərin sayı 119-a çatıb
Tarix: 10-07-2025 10:44 | Bölmə: Dünya
Texasdakı daşqınlarda ölənlərin sayı 119-a çatıb

ABŞ-nın Texas ştatının Kerr qraflığındakı yerli mənbələr 4 iyulda güclü yağışlar nəticəsində baş verən daşqınlarda ölənlərin sayının 119-a çatdığını bildirir.

Reyting.az
xəbər verir ki, bölgədə həyatını itirənlərdən 36-sı uşaqdır.

Qeyd edək ki, iyulun 4-də ABŞ-nın cənubunda, Texas ştatında yağan qəfil leysan yağışlar Kerr bölgəsindəki Qvadalupe çayını aşaraq daşqınlara səbəb olub.

Texas qubernatoru Greqq Abbot “X” hesabında bildirib ki, dağıdıcı daşqınlarla mübarizə üçün bütün resurslar səfərbər edilib.

Yerli hakimiyyət orqanları fəlakət bölgəsində 50 minə yaxın insanın olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

ABŞ prezidenti Donald Tramp Kerr dairəsini daşqın səbəbindən fəlakət bölgəsi elan edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb