ABŞ “Patriot” sistemi üçün raket alışını artıracaq
Tarix: 10-07-2025 13:13 | Bölmə: Dünya
ABŞ “Patriot” sistemi üçün raket alışını artıracaq

ABŞ ordusu 2026-cı maliyyə ilində “Patriot” hava hücumundan müdafiə sistemləri (SAM) üçün raketlərə 1,3 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır.

Reyting.az
“Bloomberg”ə istinadla bildirir ki, bu hava hücumundan müdafiə sistemləri təkcə Ukrayna üçün deyil, həm də Yaxın Şərqdəki Amerika qoşunları üçün son dərəcə vacibdir.

Qeyd olunur ki, aprelin 16-da ordunun bir qrup yüksək rütbəli zabiti “Patriot” üçün kəsici raketlərin alınması planını 3376-dan 13773-ə çatdırıb. Bu, ABŞ ordusunun bu hava hücumundan müdafiə sisteminə sadiqliyini nümayiş etdirir.

Jurnalistlər xatırladıblar ki, Ukrayna həm də Rusiyanın hücumlarından qorunmaq üçün ABŞ və digər müttəfiqlər tərəfindən ona verilən “Patriot” hava hücumundan müdafiə sistemlərinə arxalanır. Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Vaşinqton Kiyevə üç “Patriot” batareyası və qeyri-müəyyən sayda raket ötürüb.

“Bloomberg” 2024-cü maliyyə ilinə qədər 2047 PAC-3 MSE raketinin, 2024-cü ildə daha 230 ədəd və bu il 214 raketin alındığını göstərən ABŞ ordusunun büdcə sənədlərini nəzərdən keçirib.

Bundan əvvəl Pentaqonun iki rəsmisi “Wall Street Journal”a bildiriblər ki, ABŞ prezidenti Donald Tramp Ukraynanı daha bir “Patriot” hava hücumundan müdafiə sistemi ilə təmin etməyi düşünür. ABŞ digər ölkələrin Ukrayna Silahlı Qüvvələrini bu hava hücumundan müdafiə sistemlərindən daha çoxu ilə təmin edə biləcəyini də araşdırır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb