Kelloq: Ukraynada “Marşal Planı” tətbiq olunmalıdır
Tarix: 10-07-2025 10:35 | Bölmə: Dünya
Kelloq: Ukraynada “Marşal Planı” tətbiq olunmalıdır

Beynəlxalq tərəfdaşlar “Marşal Planı” hazırlamaqla Ukraynanın bərpasına kömək etməlidirlər.

Reyting.az
xəbər verir ki, bunu ABŞ-nın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O, İkinci Dünya Müharibəsindən sonra ABŞ-nın Avropa üçün “Marşal Planı”nı tətbiq etməsini misal çəkib.

Kelloq bildirib ki, Ukrayna üçün də eyni plan tətbiq olunmalı, ilk növbədə isə atəşkəs əldə edilməlidir.

“Keçmiş hərbçi kimi, indi Ukraynada gördüyünüz zorakılığın səviyyəsini başa düşmək mənim üçün çətindir. Bir milyondan çox əsgər itirəndə bu, sənaye miqyasında qətldir”,- xüsusi nümayəndə qeyd edib. O, əlavə edib ki, Ukrayna atəşkəslə razılaşsa da, Rusiya bununla razı deyil.

ABŞ prezidentinin xüsusi nümayəndəsi ukraynalı uşaqların geri qaytarılması məsələsini xüsusilə vurğulayıb. O qeyd edib ki, bu məsələ ABŞ prezidenti Donald Tramp üçün xüsusilə vacibdir.

Kelloq əlavə edib ki, Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlarda israr edib və bu da ruslarla danışıqların nöqtələrindən biri olmalıdır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb