Kiyevə yeni hücum: ölənlər və çoxsaylı yaralı var
Tarix: 10-07-2025 12:43 | Bölmə: Dünya
Kiyevə yeni hücum: ölənlər və çoxsaylı yaralı var

Rusiya kamikadze dronlarının paytaxt Kiyevə hücumu nəticəsində 16 nəfər yaralanıb, 2 nəfər ölüb.

Reyting.az
xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində köməklik göstərilib.

Ölənlər barədə Kiyev Şəhər Hərbi Administrasiyasının (KCMA) rəhbəri Timur Tkaçenko məlumat verib. “Təəssüf ki, iki ölü var. Bu insanları ruslar öldürüb. Bu, dəhşətli itkidir. Ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

T. Tkaçenko əlavə edib ki, düşmənin hücumundan sonra şəhərdə yanğınlardan çoxlu tüstü yaranıb. “Sığınacaqlardan evə qayıtdıqdan sonra pəncərələri bağlayın. Çox tüstü var”.

Daxili İşlər Nazirliyinin isə qeyd edib ki, hücum nəticəsində iki qadın həlak olub. Podolsk rayonunda iki qadın öldürülüb: 68 yaşlı paytaxt sakini və 22 yaşlı polis əməkdaşı.

Xatırladaq ki, iyulun 10-na keçən gecə Rusiya ordusu yenidən Kiyevə kütləvi zərbə endirib. Şəhərə onlarla “Şahed” dronları hücum edib. Bundan əlavə paytaxta ballistik və qanadlı raketlər atılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb