Putin prezidentlikdən sonra bu vəzifəni tuta bilər - Yeni ssenari
Tarix: 12-07-2019 20:57 | Bölmə: Siyasət
Putin prezidentlikdən sonra bu vəzifəni tuta bilər

Rusiya Prezident Administrasiyasında Vladimir Putin üçün 2024-cü ildə geniş səlahiyyətli baş nazir postu ssenarisi düşünülüb.

Reyting.az bildirir ki, bu haqda Bloomberg iki mənbəyə, Kremlə yaxın və “Vahid Rusiya” partiyasının adı çəkilməyən parlament üzvünə istinadən məlumat yayıb.

Məlumata görə, Kremldə “Vahid Rusiya”nın parlament çoxluğunu saxlamaq istənilir ki, bu da Putinə istənilən qanunu keçirməyə imkan verəcək. Adları çəkilməyən mənbələr bildirirlər ki, deputatların 75 faizi dairələrdən müstəqil namizədlər kimi, 25 faizi siyahı ilə seçiləcək. Müstəqil namizədliklərini irəli sürənlər faktiki olaraq hakim partiya təmsilçiləridir. Maskalanma isə artıq indidən başlayıb ki, “Vahid Rusiya”nın ciddi şəkildə aşağı düşən reytinqi prosesə təsir etməsin.

İslahat Putinə Konstitusiyanı pozmağa imkan verməyəcək – postunu tərk etsə də, idarəetmə hakimiyyətini əlində saxlaya biləcək.

Reyting.az
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}