Türkiyə 9 min 350 terrorçunu saxlayıb - Foto
Tarix: 12-10-2019 11:50 | Bölmə: Slayd
Türkiyə 9 min 350 terrorçunu saxlayıb

Rusiya və ABŞ prezidentləri İŞİD terror şəbəkəsinin yenidən ortaya çıxmasından narahatlıqlarını ifadə ediblər.

ABŞ prezidenti Donald Tramp İŞİD-ə qarşı ciddi mübarizə apardıqlarını deyib. Tramp bildirib ki, hazırda Türk ordusunun əməliyyat keçirdiyi ərazidəki həbsxanada 5 minə yaxın İŞİD terrorçusu saxlanılır. Tramp bundan sonra İŞİD-lə bağlı məsuliyyətin Türkiyə üzərinə düşəcəyini elan edib.

Rusiya prezidenti Vladimir Putin Aşqabadda bəyan edib ki, Türkiyə ordusunun əməliyyat keçirdiyi ərazidəki həbxanada saxlanılan İŞİD-çilərin təhlükəsizliyi təmin edilməli, onlar nəzarətdə saxlanılmalıdır.

Bununla da, hər iki ölkə Türkiyəni İŞİD mövzusunda xəbərdarlıq edir.

Reyting.az-ın araşdırmasına görə, reallıqda Türkiyə İŞİD-ə münasibətdə Rusiya və ABŞ-dan daha qətiyyətli fəaliyyət göstərir. Bunu isbat edəcək fakt və rəqəmləri tqdim edirik:

İŞİD məsələsi ortaya çıxandan Türkiyə dövləti 9 min 350 terrorçunu saxlayıb. Bunlardan 3069 nəfəri barəsində həbs qərarı verilib.

İŞİD-lə əlaqəsi olan 14 dərnəyin fəaliyyəti qanunsuz sayılıb, 2564 sosial şəbəkə hesabı üzərində ciddi araşdırmalar aparılıb.

Türkiyə Suriyadakı müharibəyə gedən 99 xarici ölkənin 4957 vətəndaşını deportasiya edib. 151 ölkənin 77 minə yaxın vətəndaşına isə Türkiyəyə daxil olmaq qadağası tətbiq edilib.

Türkiyəyə daxil olmaq istəyən 18500 nəfərdən 7600 nəfəri deportasiya olunub.

Türkiyə daxilində hərbi əməliyyatlar zamanı 17 minə qədər şübhəli şəxs nəzarətə götürülüb. Onlardan 5500 nəfəri həbs edilib.

Türkiyə 9 min 350 terrorçunu saxlayıb

Reyting.az




Bölməyə aid digər xəbərlər