Ərdoğan: "Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, azərbaycanlıların soyqırımına da baxın"
Tarix: 16-10-2019 14:15 | Bölmə: Slayd
Ərdoğan: "Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, azərbaycanlıların soyqırımına da baxın"

"Ey Qərb, ey Ərəb Dövlətləri Liqası, ey azacıq da olsa vicdan və əxlaqa sahib ölkələr! Hamınıza müraciət edirəm, dövran belə qalmayacaq, dönəcək”.

Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İnkişaf və Ədalət Partiyasının (AKP) parlamentdəki fraksiyasının genişlənmiş toplantısında səsləndirib.

Türkiyə lideri Afrika ölkələrində, Suriya və İraqda mülki vətəndaşların qətliamından danışarkən, Azərbaycanın işğal atltında olan Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların Ermənistan tərəfindən soyqırıma məruz qaldığına işarə edərək deyib: “Mülki vətəndaşların soyqırımını görmək istəsəniz, Dağlıq Qarabağa, Balkanlara, Şimali Kiprə baxın”.

Reyting.az




Bölməyə aid digər xəbərlər