“McMafia” ləqəbi almış Zamirə Hacıyevanın adı yeni beynəlxalq hesabata salınıb
Tarix: 29-10-2019 21:30 | Bölmə: Slayd
“McMafia” ləqəbi almış Zamirə Hacıyevanın adı yeni beynəlxalq hesabata salınıb

Dünyada cinayətkar dəstələr və korrupsioner məmurlar tərəfindən əldə edilən 300 milyard funt sterlinqdən çox pul İngiltərədə xərclənib.

Reyting.az
“Daily Mail”-ə istinadla xəbər verir ki, “Transparency International”-ın yeni bir hesabatına görə, çirkli pullar xüsusi təyyarələr, yaxtalar, zinət əşyaları, universitet kursları, özəl məktəbdə təhsil və hətta gözəl şərab alışları ilə “yuyulub”.

Çirkli pullarını Britaniyaya necə gətirildiyini öyrənmək üçün son 400-dən çox korrupsiya hadisəsi təhlil edilib.

86 bank və ya maliyyə fondu, 81 hüquq firması və 62 mühasibat şirkəti daxil olmaqla İngiltərənin 600-dən çox biznes qurumu istər-istəməz bu pullardan faydalanıb.

“Daily Mail” bununla bağlı “McMafia” ləqəbi almış Zamirə Hacıyevanı misal göstərir. Bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı İngiltərədə ən çox şübhəli mənbəli pul xərclənmiş şəxslərdəndir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}