DİN-nin Baş İdarəsi ilə İnterpola yeni rəislər təyin edildi
Tarix: 14-11-2019 19:18 | Bölmə: Cəmiyyət
DİN-nin Baş İdarəsi ilə İnterpola yeni rəislər təyin edildi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik etdiyi strukturda kadr islahatlarını davam etdirir.

Reyting.az
Strateq.az-a istinadla xəbər verir ki, bu gün Daxili İşlər nazirinin əmri ilə Lənkəran Şəhər Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Nazirin bir başqa əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətli) rəisi təyin edilib.

Xatırladaq ki, İnterpolun Milli Mərkəzi Bürosunun bundan əvvəlki rəisi general-mayor Mehman Təhməzov bir müddət əvvəl yaş həddi ilə əlqədər təqaüdə göndərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}