00:03 / 15-10-2025
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
22:49 / 14-10-2025
Adamı yerində belə oturdurlar...
22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
16:37 / 14-10-2025
Ermənistanda yeni müxalifət yaranır - “Bizim yol” Paşinyanı devirə biləcək?
16:22 / 14-10-2025
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
16:15 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
16:14 / 14-10-2025
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
16:09 / 14-10-2025
Enerji problemi Avropanı narahat edir
15:57 / 14-10-2025
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
15:29 / 14-10-2025
Azərbaycanda kərə yağı bahalaşıb
15:06 / 14-10-2025
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14:57 / 14-10-2025
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14:41 / 14-10-2025
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14:35 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:21 / 14-10-2025
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14:17 / 14-10-2025
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14:02 / 14-10-2025
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

08:51 / 10-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

Azərbaycanlıların Moskvadakı əmlak düşmənçiliyi Almaniya-Rusiya münasibətlərini korlaya bilər
Tarix: 25-11-2019 21:24 | Bölmə: Slayd

İki azərbaycanlı daşınmaz əmlak maqnatının – onlardan biri Almaniyanın daimi sakinidir, digəri isə Rusiyada yaşayır – qarşıdurması ölkələr arasında münasibətlərdə yeni mübahisə mənbəyinə çevrilmək təhlükəsi yaradır.
Almaniyanın Weltexpress saytında 22 noyabr 2019-cu il tarixində yer alan bir məqalə diqqətimizi cəlb etdi. Və qərara aldıq ki, məqaləni Azərbaycan dilinə tərcümə edib oxucularımızın ixtiyarına verək:
Söhbət moskvalı milyarder Qod Nisanovun Rusiya paytaxtında qanunsuz olaraq Almaniya vətəndaşı İlqar Hacıyevin yüz milyonlarla dollar dəyərində mülkiyyətini müsadirə etməsi haqqında iddialardan gedir (həmin şəxs keçmiş tərəfdaşı olmuş 46 yaşlı Hacıyevdir).
Almaniyadan olan digər azərbaycanlı Z. Qazıyev də Rusiyada tikinti işləri görən İlqar Hacıyevin “SDI Group”unun səhmlərinin böyük hissəsini alandan sonra mübahisənin bir hissəsinə çevrilib. Hacıyev və Qazıyev də köhnə tərəfdaşlardır.
Hacıyev mübahisənin yeganə qurbanı deyil. Onun Moskvadakı üç kompleksdə tikdiyi mənzillərə 1000-dən artıq rusiyalı ailə pul yatırıb.
Kompleksləri geri qaytarmaq məqsədilə Rusiyada məhkəməyə müraciətində Hacıyevin göstərdiyi sənədlərdə iddia etdiyinə görə, Nisanov mülkiyyəti ələ keçirdikdən sonra kimsə “SDI Group”un hesablarından milyonlarla avans ödənişi köçürüb.
Rusiya hökuməti qarşıdurmadan kənarda dururdu. Bu mövzu üzə çıxana qədər Rusiyanın federal polisi vergi ödənişlərinin gizlədilməsi və pulların yuyulması ilə bağlı əlaqəsiz ittihamları araşdırmaq üçün Nisanov ailəsinin Moskvada işlədiyi küçə bazarlarına reydlər etdi.
Bu yaxınlarda İsrail hökumətinin keçmiş üzvü Aviqdor Libermanın oğlunun toyunda iştirak etmək üçün getdiyi zaman İsrail immiqrasiya xidmətinin onu ölkəyə buraxmaması Nisanovun nüfuzunun nə qədər aşağı düşdüyünün bariz nümunəsidir. Liberman “İsrail - bizim evimiz” partiyasına rəhbərlik edir.
Özlərinin Moskvadakı mülkiyyətlərini geri qaytarmaq məqsədilə Rusiyada məhkəməyə müraciətə əlavə olaraq, Hacıyev və Qazıyev Almaniya-Rusiya işgüzar şurası – AHK-nın və Bundestaqın üzvləri ilə vəziyyət barədə söhbət edəcəklər. Onlar ümidvardırlar ki, Almaniyanın görkəmli daimi sakinlərinin statusları parlament üzvlərini məsələyə müdaxilə etməyə inandıracaq. Bunu bir vaxtlar Bundestaqın üzvü Petra Merkelin köməkçisi olmuş Qazıyev bildirib.
“Mən işğalla mübarizə aparmaq üçün Rusiyada qalardım, - 50 milyon dollar şəxsi vəsaitini komplekslərə yatırmış Hacıyev deyib. – Lakin mən ölüm təhdidləri almağa başladım”. Hazırda o, öz vaxtını iki Qərbi Avropa şirkətinin işlərinə sərf edir. Bu şirkətlər Almaniyada və İsveçrədə yerləşir.
Əmlak mübahisəsi beynəlxalq status qazanarsa, Almaniya ilə Rusiya arasındakı münasibətləri yenidən korlaya bilər. Bu münasibətlər Almaniyanın “North Stream 2” boru kəmərindən imtina ilə bağlı ABŞ-ın tələblərini rədd etməsindən sonra yaxşılaşmışdı. Həmin qaz kəməri 2020-ci ildən başlayaraq Rusiya xammalını Almaniyaya və oradan da digər Avropa ölkələrinə nəql edəcək.
Münasibətlər həm də Almaniyanın Rusiyaya qarşı ABŞ-ın və Avropa İttifaqı ölkələrinin tətbiq etdikləri sanksiyaları dəstəkləməsi, Rusiya barədə yanlış təsəvvürlər və 14 yaşlı rusiyalı miqrantın almaniyalı immiqrantlar tərəfindən zorlanmasına dair yalan xəbərlər və digər problemlər üzündən gərgin idi. Qazıyev və Hacıyevin Moskva mülkiyyətinin işğalı – Vəhşi Qərb hekayəsidir.
Torpaq sahəsi Nisanovun onu üç çoxmərtəbəli kompleksin tikintisi üçün əldə etdiyi 2018-ci ildə girov qoyulmuş və Hacıyev bu komplekslərin tikintisinə başlamışdı.
2018-ci ilin sonunda Nisanov tələb etmişdi ki, Hacıyev tikdiyi yaşayış binalarını daha gəlirli kommersiya obyektlərinə çevirsin. Bu barədə Rusiyada dərc olunan “Novaya qazeta” yazıb.
Hacıyev yüzlərlə ailənin mənzillərin alışı üçün müqavilə imzaladığını qeyd edərək, bundan imtina edib.
Düşmənçiliyin zirvəsi 2019-cu ilin yanvar ayına təsadüf edir – həmin vaxt bir qrup qoluzorlu tikilməkdə olan yaşayış komplekslərinə soxularaq, onları nəzarət altına alıb. Həmin komplekslər Vernadski prospektindəki “Vernadski”, Moskvanın Mıtişi rayonundakı “Piroqovskaya Rivyera” və Odintsovo rayonundakı “Akkord Smart Kvartal”dır.
2019-cu ilin yanvar ayının 24-də reyder qrupu “SDI Group”un Moskvanın mərkəzindəki Kutuzov prospektində yerləşən ofislərinə soxularaq, binanın açarlarını tələb edib. Onlardan bəziləri adi geyimdə, digərləri isə Nisanovun əmlakının bir hissəsini mühafizə edən və onun etibar etdiyi şəxs sayılan Maksim Kotovun nəzarət etdiyi “Vityaz” mühafizə şirkətinin formasında olublar.
Eyni zamanda, Hacıyev bir neçə dəfə ölüm təhdidi ilə üzləşib və bu, onu Almaniyaya qaçmağa vadar edib.
“Novaya qazeta” xəbər verir ki, gözlənilmədən rəqibə çevrilmiş tərəfdaş Hacıyevin aktivlərinin əhəmiyyətli hissəsini mənimsəyib və bunu mafioz yolla, heç bir kompensasiya barədə söhbət getmədən edib. Nisanov vəziyyəti şərh etməyib.
Gecə ikən daşınmaz əmlak sahəsində üç əsas layihəsinin əldən çıxması varidatı haqqında hekayənin Azərbaycanda əfsanəyə çevrildiyi Hacıyev üçün nadir, lakin çox dağıdıcı zərbə olur.
Hacıyev 15 yaşında olarkən, 1980-ci illərin sonlarında – Sovet İttifaqının süqutuna az qalmış xoşbəxtlik axtarışlarında evdən çıxaraq Rusiyaya yollanıb.
Günlərin birində o, iş növbəsindən sonra fabriki tərk edən qızğın, tərli fəhlə kütləsinə rast gəlir.
“Uzun iş günündən sonra yorğun işçi ilk növbədə nə arzulayır?” – o, özünə sual verir. Cavab pivə idi. Onlar evlərinə çatana qədər yolboyu topladıqları pivə şüşələri ilə susuzluqlarını söndürə bilərdilər, amma niyə gözləyəsən ki?
Hacıyev bir neçə zavoddan pivə üçün yeşiklər alır. O, iş ustası idi. 19 yaşına kimi ilk milyon dollarını qazanır, sonradan isə idman mallarının və digər firma mallarının satışı ilə məşğul olur.
Həmin vaxt, 20 yaşında ikən Hacıyev Azərbaycana qayıdır və özünün ilk milyardlıq müəssisəsini – “Akkord” tikinti şirkətini qurur. O, yollar, körpülər və hava limanları kimi son dərəcə zəruri nəqliyyat layihələrini həyata keçirir, özü də bunu yalnız Azərbaycanda deyil, həm də Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda, daha sonra isə Şərqi Avropada və hətta Nigeriyada etməyə müvəffəq olur.
Cəmi iki il ərzində o, hər ay ən azı bir iri infrastruktur layihəsinin təməlini qoyur və onların həyata keçirildiyi ölkələrdə əsl kommersiya “yanğın”ına səbəb olur. Prezident İlham Əliyevin bir çox novator layihələrinin açılış mərasimlərində iştirakından sonra Hacıyev Azərbaycanda uğurlu ada çevrilir.
“Akkord”un uğuru 2012-ci ildə Hacıyevi daşınmaz əmlakın və biznesin inkişafı üzrə ixtisaslaşmış “SDI Group” şirkətinin başçısı kimi Rusiyaya qayıtmağa sövq edir. Şirkəti Rusiya bazarından istifadə etmək məqsədilə yaratmasına baxmayaraq, onun işləri Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq istiqamətində də şaxələnməyə başlayır. Üç il sonra o, Qərbi Avropada layihələrin işlənib hazırlanması məqsədilə Almaniyaya köçür.
Bununla bərabər, Hacıyev Rusiyada development və pərakəndə satışla məşğul olan milyarder Nisanovla tanış olur və onunla tərəfdaş münasibətləri qurur. Bu tərəfdaşlıq 2018-ci ildə Hacıyevin tikdiyi daşınmaz əmlak kompleksləri üzrə aralarında yaranmış mübahisəyə qədər hər iki tərəf üçün sərfəli idi.
Bir sıra ölkələrdə mövcud olan bir neçə biznes növündən pulların mədaxili davam etdiyindən, çətin ki, Hacıyevin yoxsul yaşaması kimi bir fikir yaransın. Lakin 50 milyon dollar hətta varlı adam üçün də böyük məbləğdir.
2019-cu ilin yazında – Hacıyev Moskvadakı investisiyalarından qazanc əldə etmək və Rusiyanın işgüzar aləminə qayıdış üzərində işlədiyi bir vaxtda onun Almaniyadakı tərəfdaşı Qazıyev “SDI Group”un səhmlərinin böyük hissəsini almaqla Hacıyevi daha da ümidləndirir.
Qazıyev bildirir ki, Hacıyev ona “SDI”nin nəzarət səhm zərfini hələ Nisanovla mübahisə yaranana qədər satmağa razılaşıb. “Mən qərara aldım ki, heç bir halda köhnə dostumu bu cür çətin vaxtda tək qoymaram”, - Qazıyev deyir.
O əlavə edib ki, Moskvada, Sankt-Peterburqda və Rusiyanın digər iri şəhərlərində daşınmaz əmlak sektoru sürətlə inkişaf etdiyindən, ölkə daşınmaz əmlaka investisiyalar üzrə əla bazar ola bilər.
Hacıyev hələ də ümid edir ki, Nisanovla mübahisə ya keçmiş tərəfdaşı ilə danışıqlar yolu ilə, ya məhkəmə iddialarının köməyi ilə, yaxud da Almaniyanın incidilmiş nüfuzlu daimi sakininə kömək etmək məqsədilə Rusiya hökumətinə müraciəti yolu ilə həllini tapacaq.
Hacıyevin sözlərinə görə, şəxsi biznesinə təsirə əlavə olaraq, o, eyni zamanda yüzlərlə başqa qurban tələb edən, həllini tapmamış mübahisədən narahatdır.
“Mənə işləyən, Rusiya hökumətinə vergi ödəyən bir çox adamlar nəticədə iş yerlərini itirə bilərlər, - o deyib. – Bəs “SDI Group”a mənzillərə görə avans ödənişlərini etmiş 1000-dən artıq ailə necə olsun? Onlar öz pullarını geri qaytara biləcəklərmi və nə vaxtsa öz evlərini görəcəklərmi?”
Moskvadan alınan son məlumatlara əsasən, komplekslərin üçündə də tikinti işləri dayandırılıb.
“Heç kim bilmir, bundan sonra nə olacaq, - Hacıyev bildirir. – Biz çox ümid edirik ki, ədalət qələbə çalacaq və Moskvadakı işimizə qayıda biləcəyik. Lakin bunun nə vaxt olacağını kim bilir?”
Həm bu məqalənin, həm də Rusiya mətbuatında dərc edilən araşdırmaların linklərini əlavə edirik:
1. My Webpage
2. My Webpage
3. https://kompromat1.live/articles/131919-ugolovnaja_rivjera
4. My Webpage
5. My Webpage
6. My Webpage
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq
3-10-2025, 10:18
32 xarici ali məktəbin diplomu Azərbaycanda tanınmır - Siyahı
2-10-2025, 12:57
ABŞ İrana qarşı yeni əməliyyat keçirə bilər
2-10-2025, 11:00
Qaçaqmalçılığa şərait yaradan vəzifəli şəxslər ifşa edilib
2-10-2025, 10:28
Bəşəriyyət “rəqəmsal qiyamət”ə yaxınlaşır - Xəbərdarlıq
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar