Fəzail Ağamalının xeyrinə saxtakarlıq - MSK daha 11 məntəqə üzrə qərar verdi
Tarix: 23-02-2020 19:02 | Bölmə: Siyasət
Fəzail Ağamalının xeyrinə saxtakarlıq - MSK daha 11 məntəqə üzrə qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Reyting.az
-ın məlumatına görə, iclasda həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edib.

MSK üzvü Baxşeyiş Əsgərov deyib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov bildirib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub.

O, bu məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}