16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Lotu Quli"nin dəstəsi saxlanıldı - Video
Tarix: 07-07-2020 17:19 | Bölmə: Cəmiyyət
"Lotu Quli"nin dəstəsi saxlanıldı - Video

"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarları saxlanılıb.

Məlumata görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib", məlumatda bildirilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}