Elmar Məmmədyarov istefa verməlidir
Tarix: 08-07-2020 20:13 | Bölmə: Slayd
Elmar Məmmədyarov istefa verməlidir

“Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) baş verənlər məni dərindən üzüb. Əslində hər bir nazilikdə yeyinti və pozuntu əməlləri var və olub. Vaxtı ilə nəzarət zəif olub və bunun nəticəsində icra qurumları, nazirlik və komitələr rüşvət, korrupsiya amilindən yararlanıb. Bütün nazirliklərdə bunu aşkar etmək mümkündür, o cümlədən Xarici İşlər Nazirliyində”.

Bu sözləri Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində müəyyən etdiyi korrupsiya və cinayət əməllərini şərh edərkən deyib.

Əlibəylinin fikrincə, iki nazirlikdə korrrupsiya faktlarının aşkarlanmasına görə, çox təəssüf edir. Bunlar Xarici İşlər və Mədəniyyət nazirlikləridir: “Çünki bunlardan biri Azərbaycan mədəniyyətini inkişaf etdirməli orqandır, digəri isə Azərbaycanı xaricdə təmsil edən, ölkəmizin xarici siyasətini reallaşdıran qurumdur. Bu qurumlarda korrupsiya faktlarının olması, habelə xoşagəlməz, cinayət hadisələrinin baş verməsi yolverilməzdir”.

Elmar Məmmədyarov istefa verməlidir
Q.Əlibəyli

Müsahibimiz xatırladıb ki, əslində bütün nazirliklər təkbaşına idarəetmə orqanıdır və həmin orqanların fəaliyyətinə görə, nazir birbaşa məsuliyyət daşıyır: “Ola bilsin ki, nazirin əməli korrupsiya faktında sübuta yetirilməsin. Amma bütün hallarda bu nazirlikdə baş verən əməllər ya nazirin səlahiyyətlərindən düzgün istifadə etməməsi və ya səhlənkarlığının nəticəsidir. Sözsüz ki, belə hallarda nazir birbaşa məsuliyyət daşıyır”.

Sonda Q. Əlibəyli bildirib ki, bu olaydan sonra Xarici işlər naziri əslində mədəniyyət nazirinin taleyindən dərs götürərək istefaya gedə və ya dövlət başçısı naziri vəzifədən kənarlaşdıra bilər.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}