00:03 / 15-10-2025
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
22:49 / 14-10-2025
Adamı yerində belə oturdurlar...
22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
16:37 / 14-10-2025
Ermənistanda yeni müxalifət yaranır - “Bizim yol” Paşinyanı devirə biləcək?
16:22 / 14-10-2025
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
16:15 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
16:14 / 14-10-2025
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
16:09 / 14-10-2025
Enerji problemi Avropanı narahat edir
15:57 / 14-10-2025
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
15:29 / 14-10-2025
Azərbaycanda kərə yağı bahalaşıb
15:06 / 14-10-2025
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14:57 / 14-10-2025
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14:41 / 14-10-2025
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14:35 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:21 / 14-10-2025
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14:17 / 14-10-2025
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14:02 / 14-10-2025
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

08:51 / 10-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

Kəmaləddin Heydərov ölkədən 28 milyard manat çıxarıb - Fotolar
Tarix: 22-01-2021 15:06 | Bölmə: Slayd

2019-cu ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sensasiya sayıla biləcək açıqlama ilə çıxış etmişdi. Xarici Ticarət İştirakçılarının "Gömrük sahəsində islahatlar: "Yaşıl dəhliz" sisteminin tətbiqinin nəticələri və perspektivlər" mövzusunda 2-ci Respublika Forumundakı nitqində Mehdiyev gömrük sistemində tətbiq edilən yeniliklərin maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına şəriat yaratdığını bildirmiş və bunun nəticəsində son iki ildə (2018-2019) gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü bəyan etmişdi.
Reyting.az-ın məlumatına görə, "Unikal" qəzetinin bügünkü sayında qeyd edilib ki, bu, Azərbaycanda ard-arda iki devalvasiyanın baş verməsindən cəmi iki il sonra olub və həmin məbləğ daha yüksək ola bilərdi. Buradan eyni zamanda, belə aydın olurdu ki, uzun illər boyunca gömrük sistemində milyardlarla manat vəsait qeyri-şəffaflığın, "kölgə iqtisadiyyatı"nın qurbanı olub və kimlərincə cibinə axıb! Bu məqamda isə diqqətlərin hazırda Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yönəlməsi təbiidir. 1995-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sədri təyin olunan Heydərov bu vəzifədə 11 il çalışıb; 2006-cı ildə indiki vəzifəsinə təyinat almasına baxmayaraq adıçəkilən Komitə üzərində nəzarətini daha 13 il qoruyub saxlayıb. 2018-ci ildə DGK-yə Səfər Mehdiyevin sədr təyin olunmasından sonra "fövqəlnazir"in gömrük sistemi üzərindəki 23 illik hökmranlığı da tarixə qovuşub. Məhz bundan sonra yuxarıda haqqında bəhs olunan fakt – hər il milyardlarla manatın dövlət xəzinəsindən yayındırıldığı aydın olub. Həmin proses 2006-2015-ci illərdə Heydərovun gömrük orqanındakı yaxın adamlarından biri vasitəsilə, 2015-2018-ci illərdə isə o zaman Bakı Baş Gömrük İdarəsinin adı bir qayda olaraq korrupsiya qalmaqallarında hallanan keçmiş rəisi Vüsal Novruzov tərəfindən həyata keçirilib.

Heydərovlar
Təkcə 2018-2019-cu illərdə gömrük orqanları tərəfindən əlavə 2 milyard manat vəsaitin dövlət büdcəsinə köçürüldüyünü nəzərə alsaq, kiçik bir hesablama nəticəsində aydın olacaq ki, K. Heydərov Dövlət Gömrük Komitəsinə rəhbərlik və nəzarət etdiyi illər ərzində təxminən 28 milyard manata yiyələnib. Həmin vəsaitin ölkədən elə gömrük orqanı vasitəsilə, "TIR"larla çıxarıldığı güman edilir. Bu pullar əsasən Rusiyaya, oradan isə İngiltərəyə, Almaniyaya, Birləşmiş Ərəb Əmirliklərinə, İsrailə və s. yönəldilib. "Fövqəlnazir"in ölkədən kənarda, adı çəkilən dövlətlər başda olmaqla, dünyanın bir çox nöqtəsində ailə biznesi mövcuddur. Elə gömrük sistemindən mənimsənilən milyardlar da bu biznes vasitəsilə "yuyulub". Sözügedən pullar Heydərovun oğullarının yaratdığı ofşor şirkətlərə, Londondan tutmuş Dubayacan dünyanın bir sıra böyük şəhərlərində alınan daşınmaz əmlaka, mülklərə yönəldilib. Unutmayaq ki, yalnız yerli yox, xarici mənbələr də "fövqəlnazir" ofşor zonlarda on milyardlarla manatlıq sərvətin sahibi kimi göstərir. Ən maraqlısı isə adıçəkilən nazirin belə iddiaları təsdiqləməsə də, hələ ki, şəxsən yalanlamaması, ya da buna ehtiyac görməməsidir. Ölkədən çıxarılan həmin on milyardların indiki şəraitdə əhəmiyyəti xüsusilə qabarıq nəzərə çarpır. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər sayəsində işğaldakı torpaqlarımız düşməndən azad edilib. Qarşıda yeni mərhələ – azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinin aparılması dayanır. Razılaşaq ki, haqqında danışılan təxminən 28 milyard manatla bu işlərin böyük hissəsini həyata keçirmək mümkündür.

V. Novruzov
Ölkədən qanunsuz yolla çıxarılan böyük məbləğdə valyutanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərdən danışan tanınmış iqtisadçı Samir Əliyevin sözlərinə görə, əslində indiyədək baş verənlər, eləcə də, mətbuatda yazılanlar deməyə əsas verir ki, ölkədən böyük vəsaitlər çıxarılıb. "Kütləvi informasiya vasitələrində bugünədək dəfələrlə qeyd edilib ki, gəmilərlə, yaxud təyyarələrlə çemodanlarda iri məbləğdə pullar xaricə daşınıb. Reallıq ondan ibarətdir ki, adi vətəndaş və sahibkar ölkədən pul çıxara bilmir. Əvvəllər belə idi ki, pul köçürmək istəyən şəxs xüsusi yerlərə gedirdi və orada köçürməni həyata keçirirdi. Pulköçürmə zamanı da digər ölkələrin müəyyən şərtləri var idi. Bunun vergisi çox aşağı idi. Ona görə də insanlar banklar vasitəsilə yox, bu cür qeyri-rəsmi yolla pul köçürmələrini həyata keçirirdilər. Belə pul köçürmələrinin isə ölkə iqtisadiyyatına böyük ziyanı dəyir. Çünki Mərkəzi Bank həmin köçürmələri izləyə bilmir. Nəticədə ölkədən nə qədər valyuta çıxdığını müəyyən etmək mümkün olmur".

S. Əliyev
S. Əliyev ölkədən böyük pulların çıxarılmasının başqa bir maraqlı sxemindən də danışıb: "Bu sxem ondan ibarətdir ki, məsələn, məhsul ixrac olunur, lakin pul ölkəyə gəlmir. Pul xaricdə başqa istiqamətdə yönəlir. Hətta bir müddət əvvəl belə bir qərar verilmişdi ki, həmin vəsaitlər qısa müddətdən sonra Azərbaycana qayıtmalıdır. İxrac olunan məhsulun pulu xarici bankda çox qala bilməz. Bunun üçün öncə 180 gün vaxt verdilər, sonra isə həmin vaxtı uzatdılar. Bunun özü də ölkədən böyük pulların xaricə daşınmasının bir yolu idi. Ümumiyyətlə, Azərbaycandan kənara valyuta axını müxtəlif formalarda həyata keçirilir, nəticədə isə bundan kimlərsə qazanır, lakin ölkə iqtisadiyyatı itirir...".
Milli Məclisin deputatı Vahid Əhmədov da ölkədən böyük məbləğdə valyuta çıxarılmasına münasibət bildirib.
V. Əhmədov deyib ki, bir sıra oliqarx məmurların ölkədən külli miqdarda vəsait çıxarması ilə bağlı iddialar zaman-zaman ortaya çıxıb: “Bu məsələ aydındır, gizli deyil ki. Azərbaycanda oliqarxlar kimlərdir, o da hər kəsə bəllidir”.

V. Əhmədov
V. Əhmədov əlavə edib ki, kimlərinsə qeyri-qanuni yollarla ölkədən iri məbləğdə pul çıxarmasını hüquq-mühafizə orqanları araşdırmalıdır:
“Əslində, bunu hüquq-mühafizə orqanları da bilir və konkret addımlar atılmalıdır. Amma çox təəssüflər olsun ki, biz ciddi tədbirlər görmürük. Bu proses hələlik davam edir. Son vaxtlar aparılan siyasət, müəyyən həbslər bu insanların gözünü açmalıdır. Açığı, mən belə hesab edirdim ki, müharibədən və qələbədən sonra bu insanlar hər şeyi başa düşər. Artıq hamı dövlətə, xalqa, millətə işləyər. Təəssüf ki, bunu çox yerlərdə görmürük”.
Milli Məclis üzvü əlavə edib ki, oliqarx məmurlar yavaş-yavaş yeni kadrlarla əvəzlənməlidir: “Bir məsələni də qeyd edim ki, oliqarxlar işdən kənarlaşdırılanda onların topladığı mal-mülkü əllərindən almaq lazımdır. Bu mal-mülk demək olar ki, faktiki oğurluq hesabına formalaşdırılıb. Onların əlində o qədər vəsaitin qalması dövlətin təhlükəsizliyi baxımından narahatlıq yaradır”.
Bölməyə aid digər xəbərlər

13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq
3-10-2025, 10:18
32 xarici ali məktəbin diplomu Azərbaycanda tanınmır - Siyahı
2-10-2025, 12:57
ABŞ İrana qarşı yeni əməliyyat keçirə bilər
2-10-2025, 11:00
Qaçaqmalçılığa şərait yaradan vəzifəli şəxslər ifşa edilib
2-10-2025, 10:28
Bəşəriyyət “rəqəmsal qiyamət”ə yaxınlaşır - Xəbərdarlıq
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar