16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İranda su üsyanı: aksiyalarda polis və mülki şəxslər öldürülüb - Video
Tarix: 21-07-2021 16:31 | Bölmə: Cəmiyyət
İranda su üsyanı: aksiyalarda polis və mülki şəxslər öldürülüb

İranın Xuzistan əyalətində su problemi ilə əlaqədar başlayan etiraz aksiyalarında biri polis olmaqla dörd nəfər həyatını itirib.

Reyting.az
xəbər verir ki, Xuzistan əyalətinin Əhvaz, Mahşeher, Hürrəmşəhr, Susengerd və digər nöqtələrində su böhranı səbəbilə etiraz aksiyaları dünən axşamdan davam edir.

İran rejiminə qarşı aksiyalarda İranın Ali Dini lideri Seyid Əli Xamnəi barəsində radikal şüarlar səsləndirərək ona ölüm arzulayıblar.

Aksiyaçılarla polis arasında ciddi qarşıdurmaların yaşandığı Susengerd şəhərində etirazçılar bir tankı yandırıb. Sosial şəbəkələrdə yayılan videolarda bəzi aksiyaçıların silahdan istifadə etdikləri görünür.

İran dövlət televiziyasına danışan Xuzistan əyalətinin Bender Mahsehr şəhər valisinin köməkçisi Firudin Benderi etirazların yatırılması zamanı bir polis əməkdaşının həyatını itirdiyini deyib: “Teleqani qəsəbəsindəki aksiyalar zamanı açılan atəş bir polis məmurunu da yaralayıb”.

Məlumata görə, dünən İze şəhərindəki aksiyalarda daha bir vətəndaş həyatını itirib. Artıq altıncı gündür ki, davam edən etiraz aksiyaları zamanı ümumilikdə 4 vətəndaş ölüb.

Qeyd edək ki, Xuzistan əyalətində 14 iyuldan su qaynaqlarının quruması və quraqlıq səbəbilə etirazlar başlayıb. İranda inqilab şəhərlərindən sayılan Əhvazda başlayan mitinqlər isə sonradan Həmdiyə, Bostan, Şadğan, Şuş, Danyal və Mahşehrə yayılıb.

Məlumat üçün qeyd edək ki, bu əyalətdə daha çox kürdlər yaşayır.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}