11:29 / 07-12-2021
Azərbaycan nefti bahalaşır
Azərbaycan, Rusiya və Ermənistanın nümayəndə heyəti Moskvada görüşüb
Tarix: 20-10-2021 22:39 | Bölmə: Siyasət
Azərbaycan, Rusiya və Ermənistanın nümayəndə heyəti Moskvada görüşüb

Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirilib.

Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti bildirir ki, iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

Sayca 8-ci iclasda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 11 Yanvar 2021-ci il tarixli Bəyannaməsi çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib və bu istiqamətdə görülən işlərin gedişaatı müzakirə edilib.

Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}