Fuad Ələsgərov yeni sədri kollektivə təqdim edib - Fotolar
Tarix: 28-04-2018 18:52 | Bölmə: Slayd
Fuad Ələsgərov yeni sədri kollektivə təqdim edib

Bu gün Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyevi kollektivə təqdim edib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncam ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.(APA)

Fuad Ələsgərov yeni sədri kollektivə təqdim edibFuad Ələsgərov yeni sədri kollektivə təqdim edib




Bölməyə aid digər xəbərlər