Nazirlər Kabineti əhəmiyyətini itirib
Tarix: 18-03-2023 12:06 | Bölmə: Slayd
Nazirlər Kabineti əhəmiyyətini itirib

“Azərbaycanda Nazirlər Kabineti ən dişsiz qurum, baş nazir postu isə ən lazımsız vəzifədir. Elə nazirlər var ki, səlahiyyəti, hörməti, məsələlərə təsiri baş nazirdən daha çoxdur və bu həmişə belə olub".

Bunu Reyting.az-a parlamentdə hökumətin dünənki hesabatından danışarkən iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, sərt vertikala söykənən Prezident idarəetmə sistemində Nazirlər Kabinetinin və baş nazir postunun heç bir mənası yoxdur:

"Baş nazir Əli Əsədov qaz limitləri ilə bağlı deputatlardan birinin sualına cavab verərkən deyib ki, "bu, bazar iqtisadiyyatıdir". Baş nazir doğru deməyib. Qaz qiymətləri Tarif Şurası, yəni dövlət tərəfindən tənzimlənir, bazar iqtisadiyyatının bu məsələyə aidiyyatı yoxdur və ümumiyyətlə, Əli müəllimə demək lazımdır ki, bizdə bazar var, amma iqtisadiyyat yoxdur".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}