Cennifer Lopes gənc əri üçün uşaq doğacaq - Foto
Tarix: 13-09-2019 00:28 | Bölmə: Şou-biznes / Xəbərlər
Cennifer Lopes gənc əri üçün uşaq doğacaq

50 yaşlı müğənni Cennifer Lopes çox tezliklə dördüncü dəfə ərə getməyə və üçüncü dəfə ana olmağa hazırlaşır.

Cennifer Lopesin yeni seçimi olan 44 yaşlı Aleks Rodriqes, onu, demək olar ki, əlləri üstdə gəzdirir. Yeni nişanlısı Cenniferin ona uşaq doğmasını istəyir. Pop ulduz özü də ana olmaqda qətiyyətlidir və üçüncü uşağını dünyaya gətirməyi planlaşdırır.

Reyting.az xəbər verir ki, C. Lopes "Sirius XM" televiziyasının şou proqramında ərə getməyə və uşaq doğmağa hazırlaşdığını xəbər verməklə pərəstişkarlarını heyrətləndirib.

Müğənni gizli arzusu haqqında da danışıb və ta uşaqlıqdan "Oskar" mükafatını almağı xəyal etdiyini söyləyib. Ümid etdiyini bildirib ki, tənqidçilər və pərəstişkarları onun "Striptizçi" filmini qiymətləndirəcəklər.

Cennifer Lopes gənc əri üçün uşaq doğacaq

Xatırladaq ki, Cennifer Lopes və Aleks Rodriqesin toyu bu ilin sonunda olacaq. Toyun yeri hələlik gizli saxlanılır. Amma bu günlərdə Aleks Amerikada evlənəcəklərini açıqlayıb. Ancaq nikah mərasimi Ərəb Əmirliklərində də ola bilər. Cütlük daha erkən evlənmək istərdi, ancaq oktyabrın sonunacan hər ikisi məşğuldur. Cennifer yeni albomunu buraxmağa, Aleks isə şərhçi qismində iştirak edəcəyi beysbol üzrə dünya çempionatına hazırlaşırlar.

Müğənni yaraşıqlı və əzələli sevgilisi ilə 2018-ci ilin fevralından görüşməyə başlayıb. Onların hərəsinin keçmiş nikahlarından iki övladı var. Cenniferin dünyaya gətirəcəyi körpə yeni ailənin 5-ci uşağı olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}