Çinin müdafiə naziri yoxa çıxıb
Tarix: 16-09-2023 16:47 | Bölmə: Xəbərlər
Çinin müdafiə naziri yoxa çıxıb

Çinin müdafiə naziri Li Şanfunun həftələrdir görünməməsi çinli siyasətçinin taleyi ilə bağlı müzakirələrə səbəb olub.

Reyting.az
xəbər verir ki, bəzi mənbələrə görə, 65 yaşlı Li son həftələrdə Vyetnam və Sinqapurun müdafiə liderləri ilə görüşlərə də qatılmayıb.

Lini sonuncu dəfə avqustun 29-da Pekində Afrika ölkələri ilə təhlükəsizlik forumunda çıxış edərkən görüblər.

“Wall Street Journal” qəzeti Linin dindirilmək üçün aparıldığını və keçən həftə vəzifəsindən uzaqlaşdırıldığını iddia edir.

ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuel Li-nin “3 həftədir ki, nə göründüyünü, nə də ondan xəbər tutduğunu” deyib və nazirin ev dustaqlığında ola biləcəyindən şübhələrini dilə gətirib.

Onu da qeyd edək ki, son aylar Çinin xarici işlər naziri də heç bir izahat verilmədən yoxa çıxıb və iyul ayında tutduğu vəzifədən uzaqlaşdırılıb. Həmçinin iyul ayında Çin ordusunda ölkənin nüvə silahlarına cavabdeh olan Raket Qüvvələrinin komandanlığı dəyişdirilib və keçmiş komandir Li Yuçao dəyişiklikdən həftələr əvvəl ictimaiyyətə qarşısında görünməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}