Ramzan Kadırov ölüb, yoxsa sağdır?
Tarix: 18-09-2023 14:10 | Bölmə: Xəbərlər
Ramzan Kadırov ölüb, yoxsa sağdır?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun mümkün xəstələnməsi barədə məlumat yoxdur. O, həmçinin Kadırovun guya Vladimir Putinlə görüşü barədə xəbərləri təkzib edib.

Reyting.az
xəbər verir ki, bundan əvvəl müxtəlif teleqram kanallarında Kadırovun gecə saatlarında Rusiya Federasiyası Prezidentinin Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasında öldüyü barədə təsdiqlənməmiş məlumatlar yayılıb.

Həmçinin Kadırovun ağır xəstəliyi ilə bağlı şayiələr fəal şəkildə yayılır. Bunun fonunda Kadırov bazar günü gəzintisinin videosunu yayıb və internetdə həqiqəti yalandan ayıra bilməyənləri təmiz havada gəzməyə dəvət edib.

“Bizim heç bir məlumatımız yoxdur. Hər halda, prezident administrasiyası çətin ki, onun səhhəti barədə məlumat verə bilir. Ona görə də burada deməyə sözümüz yoxdur”, - deyə Peskov jurnalistlərə Kremlin Kadırovun vəziyyətindən nə dərəcədə narahat olduğu sualına cavab verib.

Bundan əlavə, Peskov Kadırovun Putinlə görüşmək üçün güman edilən bazar günü Moskvaya uçması ilə bağlı xəbərlərə münasibət bildirib: “Putinlə heç bir görüş olmayıb”.

Qeyd edək ki, hazırda Kadırovla bağlı müəmma davam edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}