İrəvanda itaətsizlik aksiyası başlayıb
Tarix: 25-09-2023 09:29 | Bölmə: Xəbərlər
İrəvanda itaətsizlik aksiyası başlayıb

İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.

Reyting.az
Ermənistan mediasına istinadla bildirir ki, səhər saatlarından başlayan aksiyada əvvəlcə etirazçılar Saryana və Tumanyana küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.

Kentron inzibati rayonunda fəallar İrəvan sirkinin yaxınlığındakı kəsişmədə, "Yeritsardakan" metro stansiyasında və Dövlət Universitetində toplaşmağı planlaşdırıblar.

Polis aksiya iştirakçılarını "Yeritasardakan" metro stansiyasına sıxışdırıb.

Qeyd edək ki, paytaxtın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}