Rusiyaya yenidən PUA hücumu...
Tarix: 03-10-2023 13:37 | Bölmə: Xəbərlər
Rusiyaya yenidən PUA hücumu...

Pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyaya yenidən hücuma cəhd olub. Reyting.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi oktyabrın 3-də məlumat yayıb.

Məlumata görə, Moskva vaxtı ilə saat 11:00 radələrində üç reaktiv yaylım atəş sistemi (MLRS) mərmisi və iki təyyarə tipli PUA-dan istifadə etməklə Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb.

Nazirlik bildirir ki, bütün hava hədəfləri Belqorod vilayəti üzərində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-11-2023, 15:18 Deputatlar Rusiyaya gedir

{sape_links}{sape_article}