Rusiyaya raket hücumu təhlükəsi yaranıb
Tarix: 24-02-2024 01:09 | Bölmə: Xəbərlər
Rusiyaya raket hücumu təhlükəsi yaranıb

Rusiyanın Kursk vilayətində raket təhlükəsi elan edilib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qubernator Roman Starovoit öz Telegram kanalında bildirib.

“Kursk vilayətində raket təhlükəsi! İctimai xəbərdarlıq sistemi işə salınıb”, - Rusiya regionunun rəhbəri yazıb.

Starovoit sakinləri möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmağa, küçədəki vətəndaşları isə ən yaxın binaya, yeraltı keçidə və ya avtomobil dayanacağına girməyə çağırıb.

Onu da qeyd edək ki, fevralın 23-ü axşam saatlarında Ukraynaya məxsus pilotsuz təyyarələr Bryansk və Belqorod vilayətləri ərazisi üzərində vurulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}