Almaniya marixuanadan istifadəni leqallaşdırır
Tarix: 24-02-2024 09:07 | Bölmə: Xəbərlər
Almaniya marixuanadan istifadəni leqallaşdırır

Almaniya parlamenti ölkədə marixuananın becərilməsi və saxlanmasını qismən qanuniləşdirən qanun layihəsini qəbul edib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, qanun layihəsini 407 deputat dəstəkləyib, 226 deputat sənədin əleyhinə səs verib, daha iki nəfər isə bitərəf qalıb.

Bildirilir ki, aprelin 1-dən yaşı 18-dən yuxarı olan şəxslərə şəxsi istifadə üçün evdə üçə qədər çətənə kolu yetişdirməyə, həmçinin şəxsi istifadə üçün 50 qrama qədər marixuananı saxlamağa icazə veriləcək. İctimai yerlərdə 25 qrama qədər marixuananın gəzdirilməsi qanunla qadağan edilməyəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}