Prezident generalı təltif edib - Sərəncam
Tarix: 24-04-2024 13:00 | Bölmə: Xəbərlər
Prezident generalı təltif edib

Allahverən İbiş oğlu İsmayılov 3‑cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, A. İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavinidir, general-mayordur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}