İran: qəzada həlak olanların cəsədləri müəyyənləşib
Tarix: 20-05-2024 14:09 | Bölmə: Xəbərlər
İran: qəzada həlak olanların cəsədləri müəyyənləşib

İranlı xilasedicilər helikopter qəzasında həlak olanların hamısının, o cümlədən İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın cəsədlərini müəyyənləşdiriblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadla məlumat yayıb.

“Həlak olanların meyitlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər”, - deyə agentlik onun sözlərini sitat gətirir.

H. Naminin sözlərinə görə, təyyarə qəzasında həlak olanların cəsədləri Təbriz şəhərinə aparılıb. O, dəqiqləşdirib ki, ölənlərin cəsədləri tam olaraq tanındığından ekspertlər genetik ekspertiza keçirməyəcəklər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}