Rusiya bombardmançılarını Olenya aerodromuna köçürüb - Foto
Tarix: 20-05-2024 18:13 | Bölmə: Dünya
Rusiya bombardmançılarını Olenya aerodromuna köçürüb

Rusiya “Tu-22M3” və “Tu-95” strateji bombardmançılarının üçdə birini Murmansk vilayətinin Olenya aviabazasında cəmləşdirib. Bu, təhlükəsizlik məsələsi ilə əlaqələndirilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Defense Express” məlumat və konsaltinq şirkətinin direktoru Sergey Zqurets bildirib.

“Bu, əslində onu deməyə əsas verir ki, bizim pilotsuz təyyarələrimizin imkanları nəzərə alınmaqla, Rusiya strateji bombardmançılarını bəzi digər aerodromlara yaxınlaşdırmaqdan qorxur”,- deyə analitik əlavə edib.

Onun sözlərinə görə, Murmansk vilayətindəki aviabazada bombardmançıların həddindən artıq konsentrasiyası qeydə alınıb.



Dünən “Defence Express” məlumat yayıb ki, ruslar Olenya aerodromunda 13 “Tu-22M3” və 12 “Tu-95MS” təyyarəsi yığıblar. Ekspertlər bildiriblər ki, bütövlükdə Rusiyada bu tipli 40 bombardmançı var.

Qeyd edək ki, ruslar müxtəlif hərbi hədəflərə pilotsuz təyyarələrin hücumundan dəfələrlə şikayət ediblər. Xüsusilə Rusiya KİV-ləri yazıb ki, mayın 19-na keçən gecə Rusiya Federasiyasının Krasnodar diyarındakı Kuşçevskaya hərbi aerodromuna pilotsuz təyyarələr düşüb, nəticədə səsdən sürətli ağır qırıcı zədələnib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}